Logo
    main-post-cover

    Videoların sürətli redaktəsi üçün Aleph süni intellekt modeli istifadəyə verilib (VİDEO)

         Runway şirkəti mətn sorğularına əsaslanaraq videoları redaktə etmək üçün nəzərdə tutulmuş yeni süni intellekt modelini - Aleph-i təqdim edib. Bu model kadrlardan obyekt və insanları silməyə, səhnənin elementlərini dəyişməyə, yeni rakurslar yaratmağa və artıq mövcud olan və ya süni intellekt tərəfindən generasiya edilmiş videolara mürəkkəb düzəlişlər etməyə imkan verir. Məlumata görə, bu inkişaf Runway-in Ümumi Dünya Modelləri (General World Models) və Simulyasiya Modelləri (Simulation Models) sahəsindəki tədqiqatlarına əsaslanır və şirkət tərəfindən “elastik montaj” aləti kimi təqdim olunur.
         Bu alət videonu ardıcıl və tez şəkildə, kadrların bütövlüyünü pozmadan redaktə etməyə imkan yaradır. Əvvəlki modellər əsasən mətnə əsaslanan video generasiyasına fokuslansa da, Aleph interaktiv redaktəyə önəm verir. Artıq istifadəçilər obyektləri əlavə və ya silə, işıqlandırmanı dəyişə, personajların hərəkətlərini tənzimləyə və kadrlar arasında vizual uyğunluğu qoruya bilirlər - bu isə daha əvvəl süni intellekt üçün ən çətin tapşırıqlardan biri sayılırdı. Runway şirkəti qeyd edib ki, Aleph sadəcə bir yeniləmə deyil, ümumilikdə videolarla işləməyə yeni bir yanaşmadır. Bu model yüksək keyfiyyətli generasiyanı ani redaktə imkanı ilə birləşdirir və bu, xüsusilə film sənayesi, reklam və məzmunun sürətli emalının vacib olduğu digər sahələrdə tələb oluna bilər.
         Maraqlıdır ki, modelin təqdimatı süni intellekt əsasında video texnologiyalar sahəsində rəqabətin artdığı bir dövrə təsadüf edir. Bu il OpenAI, Google, MicrosoftMeta kimi şirkətlər də oxşar texnologiyalar təqdim ediblər. Lakin Gen-1 Gen-2 modelləri ilə tanınan Runway bildirir ki, Aleph bu texnologiyanı yeni bir səviyyəyə çıxarır. Şirkətin məlumatına görə, Aleph artıq böyük film studiyaları, reklam agentlikləri, memarlıq büroları, oyun şirkətləri və elektron ticarət sahəsində fəaliyyət göstərən komandalar tərəfindən sınaqdan keçirilir. Hazırda bu modelə giriş korporativ müştərilər və tərəfdaşlar üçün açıqdır, daha geniş istifadəyə isə yaxın günlərdə başlanacağı gözlənilir.
    Paylaş