Xristianlar, Hz. İsanın süni intellekt kopyasını yaradaraq günahlarını etiraf etməyə başlayıblar! (VİDEO)
Süni İntellekt
21.11.2024
Farid Pardashunas
İsveçrədə fəaliyyət göstərən St. Peter Kilsəsi, İsa peyğəmbərin süni intellekt və holoqram dəstəyi ilə yaradılmış bir versiyasını hazırlayıb. Xristianlar bu süni intellektlə danışaraq günahlarını etiraf edə bilirlər.
Generativ süni intellekt texnologiyaları həyatımızın demək olar ki, hər sahəsində özünü göstərməyə başlayıb. Bu gün tibbdən təhsilə qədər müxtəlif sahələrdə süni intellektin təsirini görmək mümkündür. Lakin İsveçrə süni intellektə yeni bir istiqamət qazandırıb. Süni intellekt artıq din işlərinə də müdaxilə etməyə başlayıb. İsveçrənin Lütsern şəhərində fəaliyyət göstərən St. Peter kilsəsi, “Deus in Machina (Maşındakı Tanrı)” adlı bir layihəni həyata keçirib. Bu layihə çərçivəsində İsa peyğəmbərin süni intellekt dəstəyi ilə yaradılmış bir versiyası hazırlanıb. Üstəlik, holoqram texnologiyası ilə gücləndirilən bu layihə, xristianlara peyğəmbərləri ilə üz-üzə danışırmış kimi hiss etmək imkanı verir.
İsa peyğəmbərin süni intellekt vasitəsilə həyata gətirilmiş versiyası yalnız Lütserndə yaşayan xristianların diqqətini çəkməyib. 100-dən çox dili səlis danışa bilən bu süni intellekt, dünyanın hər yerindən ziyarətçilər qəbul etməyə başlayıb. Üstəlik, verilən açıqlamalara görə, möminlər bu vəziyyətdən olduqca razıdırlar. Bir çox insan İsa peyğəmbərlə danışmaqdan məmnun olduğunu bildirir. Bəs St. Peter kilsəsinə gələn ziyarətçilər bu süni intellektlə konkret olaraq nədən danışırlar?
Xristianlıq dinində günah çıxarma adətini yəqin ki, eşitmisiniz. İnsanlar etdikləri hər hansı bir səhv üçün kilsəyə gedir, xüsusi kabinəyə daxil olur, məsul dini şəxsə vəziyyəti izah edir və Tanrıdan bağışlanma diləyirlər. İsa peyğəmbərin siluetində yaradılmış bu süni intellekt də məhz bu məqsəd üçün istifadə edilir. İnsanlar İsa peyğəmbərin qarşısında etdikləri səhvlər üçün bağışlanma istəyirlər. Bu da onların mənəvi olaraq rahatlıq tapmasına səbəb olur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
ChatGPT-nin beyni GPT-4o yenilənib: Bəs yeniliklər nələrdir?
ChatGPT-nin beyni GPT-4o yenilənib: Bəs yeniliklər nələrdir?
OpenAI, ChatGPT modelini idarə edən GPT-4o üçün yeni bir yeniləmə yayımlayıb. Bu yeniləmə, süni intellektin mətn yazma bacarıqlarını artırır və yüklənmiş sənədlərlə daha əhatəli şəkildə işləməyi təmin edir.
ABŞ hökuməti güclü süni zəkanın hazırlanması üçün Manhetten layihəsi miqyasında təşəbbüsü irəli sürüb
ABŞ hökuməti güclü süni zəkanın hazırlanması üçün Manhetten layihəsi miqyasında təşəbbüsü irəli sürüb
İrəli sürülmüş təşəbbüs insan zəkası səviyyəsində və ya ondan daha üstün səviyyədə çalışa biləcək ümumi süni zəka (AGI) sistemlərinin hazırlanması prosesinin maliyyələşdirilməsinə istiqamətlənib.
ChatGPT xəstəlik diaqnozunda həkimlərə meydan oxuyur!
ChatGPT xəstəlik diaqnozunda həkimlərə meydan oxuyur!
Bu yaxınlarda aparılan təcrübə ChatGPT AI botunun xəstəliklərin diaqnostikasında həkimləri qabaqladığını ortaya qoyub.
Google-un süni intellekti Gemini bir istifadəçiyə ölüm mesajı göndərib!
Google-un süni intellekti Gemini bir istifadəçiyə ölüm mesajı göndərib!
Bir istifadəçi, yaşlandıqda qarşılaşacağı çətinliklər və həll yolları üçün Google-un süni intellekt köməkçisinə müraciət edib. Ancaq o, Gemini-dən gözləmədiyi bir cavabı alıb: Xahiş edirəm, öl!
TikTok-un sahibi ByteDance fotoların tərtibatı və redaktəsi üçün süni zəka sistemini istifadəyə verib
TikTok-un sahibi ByteDance fotoların tərtibatı və redaktəsi üçün süni zəka sistemini istifadəyə verib
TikTok-un sahibi olan ByteDance şirkəti SeedEdit adlı süni zəka sistemini istifadəyə verib. Bu, mətn fomratında təsvirlər əsasında fotoların tərtibatına və redaktəsinə istiqamətlənmiş süni zəka sistemidir.
Həftənin xəbərləri
Apple öz əməkdaşlarını izlədiyi iddiası ilə məhkəməyə verilib
2025-ci ildə WhatsApp dəstəyi dayandırılacaq telefonlar bəlli olub!