Yer kürəsinin nüvəsində digər planetin qalıqları yerləşmiş ola bilər
Süni İntellekt
04.11.2023
Emil Nəcəfov
Çin Elmlər Akademiyasının alimləri iddia edirlər ki, onlar Yer kürəsinin nüvəsində digər planetin qalıqlarının qaldığı fərziyyəsinin yeni sübutlarını aşkar ediblər. Çox güman ki, qalıqlar 4.5 milyard il bundan öncə Yer kürəsi ilə toqquşmuş Teya adlı nəzəri planetə aiddir. Fərziyyəyə əsasən iki kosmik obyektin toqquşması nəticəsində kosmosa işfraz edilmiş qalıqlardan Ay formalaşıb. Güman olunur ki, müəyyən müddətdən sonra Yer kürəsi ilə Teyanın süxurları bir-birilərinə qarışıblar.
Lakin Çin Elmlər Akademiyasının mütəxəssisləri iddia edirlər ki, əslində bu belə olmayıb. Mütəxəssislər LLVP anomaliyası kimi adlandırılan iki böyük maddələr təbəqəsini analiz ediblər. Həmin anomaliyalar seysmoloqlar tərəfindən son onilliklər ərzində mantiyanın aşağı ara qatlarında və nüvənin səthinə yaxın sahələrdə müşahidə edilib.
Lakin indi məlum olub ki, həmin anomaliyalar özlərində çoxlu sayda təsirsiz qazları və Günəş sisteminin ilkin tərkibini təşkil etmiş digər çoxlu maddələri birləşdirirlər. Daha sonra alimlər iki planetin toqquşması nəticələrini hesablayıblar və belə qənaətə gəliblər ki, Teya ilə toqquşma öz növbəsində Yer kürəsində seysmik anomaliyaların formalaşması ilə yanaşı planetimizin mantiyasının iki laylı struktura sahib olmasına səbəb olub. Məhz buna görə Yer kürəsi mantiyasının yuxarı və aşağı süxurlarının kimyəvi tərkibləri bir-birilərindən fərqlənirlər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Ayın yaşı daha öncə düşünüldüyündən daha çox imiş
Ayın yaşı daha öncə düşünüldüyündən daha çox imiş
NASA Ay səthindən Yer kürəsinə çatdırılmış çoxlu sayda nümunəni öz anbarlarında möhürlü şəkildə saxlayır.
Yupiterin peyki İonun keyfiyyətli fotoları çəkilib
Yupiterin peyki İonun keyfiyyətli fotoları çəkilib
NASA-nın Juno adlı kosmik aparatı Yupiter sistemlərinin müşahidə edilməsi üzrə əsas missiyasının yerinə yetirilməsindən uzun illər sonra yenə də uğurlu şəkildə fəaliyyətini davam etdirir.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!