Logo
    “X” platformasına məxfilik pozuntuları ilə bağlı Azərbaycan dilində də müraciət etmək mümkündür

    “X” platformasına məxfilik pozuntuları ilə bağlı Azərbaycan dilində də müraciət etmək mümkündür

    “X” sosial platformasında məxfilik pozuntuları ilə bağlı müraciətlər artıq Azərbaycan dilində də qəbul edilir. Yardım Mərkəzində “Məxfilik pozuntuları olan məzmunu şikayət edin” bölməsinə Azərbaycan dili əlavə olunub. Bu, istifadəçiyə hadisənin mahiyyətini və müraciətinin səbəbini ana dilində daha dəqiq ifadə etmək imkanı verir.
    İstifadəçilər ad-soyadını, “X” istifadəçi adını və elektron poçt ünvanını qeyd etməklə sorğularını göndərə bilərlər. Məqsəd istifadəçilərin fərdi məlumatlar sahəsində hüquqlarının qorunması və müraciət mexanizmlərinə çıxış imkanlarının genişləndirilməsidir.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...