Logo
    main-post-cover

    ABŞ dövlət qurumları OpenAI şirkətinə qarşı olan məhkəmə iddiasında Elon Musk-ın tərəfini tutublar

    Tech-Biznes
    13.01.2025
    Emil
         ABŞ-ın tənzimləyici orqanları süni zəka sahəsində fəaliyyət göstərən OpenAI şirkətinin kommersiya məqsədli şirkətə çevrilməsi prosesinin qadağan olunmasını tələb edən Elon Musk-ın tərəfini tutublar. Söhbət, ABŞ Ədliyyə Nazirliyi Federal Ticarət Komissiyasından (FTC) gedir. Onlar Musk-ın OpenAI ilə Microsoft-a qarşı olan məhkəmə iddiasındakı bəzi arqumentləri dəstəkləyiblər. Öz məhkəmə iddiasında Musk bildirib ki, OpenAI və Microsoft antimonopoliya qanunvericiliyini pozublar. Belə ki, LinkedIn-in həmtəsisçisi Reid Hoffman 2017-ci ildən 2023-cü ilə kimi eyni zamanda iki şirkətin direktorlar şurasına daxil olub.
         Bundan əlavə olaraq Microsoft rəhbərliyinin üzvü olan Deannah Templeton 2023-cü ilin dekabr ayından 2024-cü ilin iyul ayına kimi OpenAI şirkətinin direktorlar şurasına səsvermə hüququ olmadan daxil olub. Adları qeyd edilmiş tənzimləyici orqanlar bildiriblər ki, onlar kommersiya məqsədli şirkətə çevrilmə yolunda OpenAI şirkətinin restrukturizasiyası mövzusunda hələ yekun bir qərara gəlməyiblər. OpenAI öz növbəsində tənzimləyici orqanların bəyanatlarına fikir bildirməkdən imtina edib. Bununla yanaşı şirkət bildirib ki, Reid Hoffman və Deannah Templeton-un direktorlar şurası üzvləri arasında olmaları antimonopoliya qanunvericiliyini pozmayıb. Musk-ın OpenAI şirkətinə qarşı bu mövzuda qaldırmış olduğu məhkəmə iddiasına bu həftə baxılacaq.
    Paylaş