
Amazon şirkəti Anthropic startapına əlavə investisiya yatırıb
Tech-Biznes
23.11.2024
Emil
Amazon şirkəti süni zəka sahəsində fəaliyyət göstərən Anthropic startapına investisiyasını genişləndirib. Qeyd etmək lazımdır ki, Amazon daha öncə bu startapa 4 milyard dollar investisiya yatırmışdı. İndi isə məlum olub ki, şirkət startapa əlavə olaraq 4 milyard dollar investisiya yatırıb.
Nəticədə Amazon-un Anthropic-ə ümumi investisiyası 8 milyard dollar təşkil edib. Amazon-un bu addımı bulud hesablamaları və süni zəka təlimatlandırılması kimi sahələrdə tərəflər arasındakı əməkdaşlığı gücləndirir. Anthropic üçün Amazon şirkəti bulud texnologiyalarının əsas təchizatçısı rolunda çıxış edir. Şirkət yeni süni zəka modellərinin təlimatlandırılması istiqamətində startapı AWS Trainium və Inferentia çipləri ilə təmin edir.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
