Logo
    main-post-cover

    Avropa Komissiyası Microsoft ilə Mistral arasındakı əməkdaşlığı analiz etməyə başlayıb

    Tech-Biznes
    28.02.2024
    Emil
         Dünən Microsoft şirkəti Fransanın Mistral adlı süni zəka startapı ilə əməkdaşlığını elan etdi. İki tərəf arasındakı bu əməkdaşlığın təfərrüatları tam şəkildə aydın olmasa da bəzi məlumatlara əsasən Microsoft ümumilikdə startapa 2 milyard avro investisiya yatırmağı hədəfləyib. İndi isə məlum olub ki, Avropa Komissiyası Microsoft-un Mistral ilə bu əməkdaşlığını diqqətli şəkildə analiz edir. Avropa Komissiyasının mətbuat xidmətinin vermiş olduğu məlumata əsasən Microsoft ilə Mistral arasındakı əməkdaşlıq rəqabət üçün ola biləcək risklər mövzusunda sürətlə böyüyən generativ süni zəka sahəsinin daha geniş miqyası çərçivəsində analiz edilir. Mütəxəssislərin sözlərinə əsasən Mistral ilə əməkdaşlıq vasitəsilə Microsoft sıx şəkildə əməkdaşlıq etdiyi digər süni zəka şirkəti olan OpenAI-dan asılılığını aşağı salmaq istəyir.
    Paylaş