
Bill Gates həyatındakı ən böyük səhvi açıqlayıb
Tech-Biznes
16.01.2025
Emil
Village Global adlı vençur şirkət tərəfindən təşkil edilmiş tədbir çərçivəsində çıxış etmiş keçmiş Microsoft CEO-su Bill Gates həyatda etmiş olduğu səhvlərdən danışıb. Gates öz çıxışında həmçinin Microsoft-un rəhbəri dövründə etmiş olduğu səhvləri də açıqlayıb. Onun sözlərinə əsasən Microsoft-da rəhbər olduğu müddət ərzində onun etmiş olduğu ən böyük səhv mobil əməliyyat sistemləri sahəsində şirkətin güclü mövqeyə sahib ola bilməməsi olub.
“Bilirsiniz, proqram təminatı dünyasında platformalar kimi bir bazar qalib gələnlərin hər şeyi əldə edə bildikləri bir bazardır. Buna görə də mənim həyatımda olmuş ən böyük səhv mənim düzgün olmamış idarəçiliyim səbəbilə Microsoft-un hal-hazırda Android kimi bilinən platforma ola bilməməsidir. Bu, Apple şirkətinə məsus olmayan smartfonlar üçün vahid platformadır” - deyə Gates qeyd edib.
Bununla yanaşı Gates təsdiqləyib ki, Microsoft-un fərdi mobil əməliyyat sisteminin uğursuz olmasının əsas faktorlarından biri də onda lazımi sayda mobil tətbiqlərin olmaması oldu. “Əgər siz 2 dəfə və ya 90% daha az sayda tətbiqə sahibsinizsə, deməli uğursuzluğa gedən yoldasınız” - deyə Gates əlavə edib. Gates-in sözlərinə əsasən edilmiş bu səhv Microsoft-un 400 milyard dollar gəlirdən məhrum olmasına səbəb oldu.
Paylaş
Ən çox oxunanlar

Enerjinin naqilsiz şəkildə ötürülməsində yeni rekorda imza atılıb
