main-post-cover

    Google ilk zamanlarda Google Play-in uğuruna inanmırdı

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    16.11.2023
    Farid Pardashunas
         Epic Games ilə Google arasında hal hazırda gedən məhkəmə prosesi çərçivəsində məlum olub ki, Google ilk vaxtlarda mobil platformaların uğurlu olacaqlarına inanmırdı. Belə ki, şirkət Google Play-in potensial gəlir mənbəyi kimi nəzərə almırdı. Davam edən məhkəmə prosesi çərçivəsində əldə edilmiş məlumatlarda qeyd edilib ki, 2008-ci ildə Google Play-in Android Market adlandığı vaxtlarda Android tərtibatçıları ekosisteminin rəhbəri olmuş Eric Chu şirkət daxilindəki sənədlərdə qeyd etmişdi ki, Android Market gəlir mərkəzi qismində istifadə edilməyəcək.
         Həmin vaxtda güman edilirdi ki, Google sadəcə olaraq müəyyən xərclərini qarşılamaq üçün tərtibatçılardan böyük olmayan komissiyanı əldə edəcək. Nəticədə şirkət istifadəçilərin alış-verişlərdə xərclədikləri vəsaitin 5%-ni özünə götürürdü, 25%-i şəbəkə operatorlarına ötürülürdü, 70%-i isə tərtibatçıların özlərinə qalırdı. Məhkəmə zamanı məlum olub ki, 2020-ci ildə Google Play-in gəlirlilik göstəricisi 65% təşkil edib və nəticədə şirkətə 2020-ci ilin birinci yarısında 4.4 milyard dollar həcmində əməliyyat gəliri gətirib. 2019-cu ilin birinci yarısı ilə müqayisədə 2020-ci ilin birinci yarısında gəlir göstəricisi 33% artıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google Safaridəki reklam elanları gəlirlərinin 36%-ni Apple şirkətinə ödəyir
    google-safarideki-reklam-elanlari-gelirlerinin-36-ni-apple-sirketine-odeyir
    İstifadəçilər kütləvi şəkildə reklam bloklayıcılarından imtina etməyə başlayıblar
    istifadeciler
    Google şirkətinə ən çox gəliri gətirən axtarış sorğuları hansılardır?
    google-sirketine-en-cox-geliri-getiren-axtaris-sorgulari-hansilardir
    Google Chrome brauzerinin 100 milyonlarla Android smartfonda dəstəyi dayandırılıb
    google-chrome-brauzerinin-100-milyonlarla-android-smartfonda-desteyi-dayandirilib
    Google Search və Google Lens həndəsə və triqonometriya tapşırıqlarının yerinə yetirilməsində yardımçı olacaqlar
    google-search-ve-google-lens-hendese-ve-triqonometriya-tapsiriqlarinin-yerine-yetirilmesinde-yardimci-olacaqlar