main-post-cover

    Google Safaridəki reklam elanları gəlirlərinin 36%-ni Apple şirkətinə ödəyir

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    15.11.2023
    Farid Pardashunas
         ABŞ Ədliyyə Nazirliyi ilə Google arasındakı antimonopoliya mövzusunda olan məhkəmə prosesi davam edir. Davam edən məhkəmə prosesi çərçivəsində Google ilə Apple arasında olan əməkdaşlığın daha bir maraqlı təfərrüatı məlum olub. Belə ki, Google şirkətinin sahibi olan Alphabet holdinqinin baş iqtisadi eksperti və Çikaqo Universitetinin professoru olan Kevin Murphy bildirib ki, Google Safari brauzerində yerləşdirilən reklam elanlarından gələn gəlirin 36%-ni Apple şirkətinə ödəyir.
         Qeyd etmək lazımdır ki, Google adətən bu cür məlumatları ictimaiyyətdən gizli saxlayır. Məlumatda qeyd edilib ki, iki şirkət arasında bağlanmış müqaviləyə əsasən Google Search axtarış sistemi Apple şirkətinin Safari brauzerində standart axtarış sistemi kimi istifadə olunur. Bu müqavilə Google üçün standart müqavilələr arasında ən vacibidir. Belə ki, o həmçinin iPhone smartfonlarını da əhatə edir və iPhone ABŞ-da ən geniş yayılmış smartfondur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    iOS 18 generativ süni zəka funksiyasını əldə edəcək
    ios-18-generativ-suni-zeka-funksiyasini-elde-edecek
    Apple artıq növbəti nəsil Vision Pro üzərində çalışmağa başlayıb
    apple-artiq-novbeti-nesil-vision-pro-uzerinde-calismaga-baslayib
    Apple dairəvi çıxıntılı ekrana sahib iPhone 16 Pro və 16 Pro Max prototiplərini test edir
    apple-dairevi-cixintili-ekrana-sahib-iphone-16-pro-ve-16-pro-max-prototiplerini-test-edir
    iPhone 15 Pro Max-ın maya dəyəri nə qədər təşkil edir?
    iphone-15-pro-max-in-maya-deyeri-ne-qeder-teskil-edir
    Apple M3 Ultra prosessorunu təqdim edə bilər
    apple-m3-ultra-prosessorunu-teqdim-ede-biler