
Mark Zuckerberg, Instagram-ın ayrıca şirkətə çevriləcəyini istisna etmir
Tech-Biznes
16.04.2025
Emil
Mark Zuckerberg, Instagram-ın müstəqil bir şirkətə çevrilməsini istisna etmir. O bu ideyanı ABŞ Federal Ticarət Komissiyası (FTC) Instagram və WhatsApp-ın alınması ilə bağlı antiinhisar araşdırmasına başlamazdan 1 il əvvəl təklif etmişdi. Bu barədə Meta-nın antiinhisar qanunvericiliyini pozmaqda ittiham edildiyi və hökumətin şirkətin parçalanmasını tələb etdiyi iddiaya qarşı çıxdığı məhkəmə prosesi zamanı məlum olub. The Verge nəşrinin məlumatına görə, çərşənbə axşamı Zukerberg, Meta-ya qarşı FTC tərəfindən irəli sürülmüş iş çərçivəsində 2018-ci ilə aid daxili məktubu təqdim edib.

Həmin məktubda o, şirkət rəhbərlərinə bildirirdi ki, “əksər şirkətlər parçalanmaya qarşı çıxır, lakin biznes tarixindən görünür ki, çoxu məhz bundan sonra daha yaxşı işləməyə başlayır”. Xatırladaq ki, Meta 2012-ci ildə Instagram-ı 1 milyard dollara, 2014-cü ildə isə WhatsApp-ı 19 milyard dollara almışdı. Lakin artıq 2018-ci ildə Zukerberg hakimiyyət orqanlarının mümkün təzyiqini proqnozlaşdırır və şirkətin bu aktivlərdən imtina etməyə məcbur edilə biləcəyini istisna etmirdi. “Bütün layihəni vahid şəkildə qurduğumuz halda, onun bizdə qalmama ehtimalı realdır” - deyə o öz rəhbər komandasını xəbərdar etmişdi.

O həmçinin, xüsusilə demokratların hakimiyyətə gəlməsi fonunda, böyük texnologiya şirkətlərinin parçalanmasını tələb edəcəklərini vurğulayaraq, siyasi risklərə də diqqət çəkmişdi. Hazırda FTC Meta-nı sosial şəbəkələr bazarında dominant mövqeyini qorumaq məqsədilə rəqiblərini qəsdən almaqda ittiham edir. Qurum hesab edir ki, Instagram və WhatsApp ilə bağlı razılaşmalar rəqabətin qarşısını almaq strategiyasının bir hissəsi olub. Meta isə öz növbəsində bu ittihamların “faktlara və qanunlara zidd olduğunu” bildirir. Meta və FTC arasında məhkəmə prosesi davam edir və bu işin nəticəsi yüksək texnologiyalar sənayesi üçün dönüş nöqtəsi ola bilər - bu, ən böyük platformaların gələcəyini və tənzimləyici orqanların rəqəmsal rəqabətə yanaşmasını müəyyən edə bilər.
Mənbə: The Verge
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
