Logo
    main-post-cover

    Meta şirkəti Avropa Komissiyası tərəfindən yüksək məbləğdə cərimələnib

    Tech-Biznes
    15.11.2024
    Emil
         Avropa Komissiyası Meta şirkətini Avropa Birliyinin antimonopoliya qaydalarını pozması səbəbilə 797.72 milyon avro (840 milyon dollar) həcmində cərimələyib. Avropa Komissiyası bildirib ki, Meta şirkətinə məxsus olan Facebook Marketplace elan servisi digər oxşar internet platformaları üçün ədalətsiz ticarət şərtlərini formalaşdırır. Qeyd etmək lazımdır ki, bu mövzu ilə bağlı istintaqa hələ 2021-ci ilin iyun ayında start verilmişdi. 2022-ci ilin dekabr ayında isə tənzimləyici orqanlar belə qənaətə gəldilər ki, Facebook Marketplace servisi Avropa Birliyinin antimonopoliya qaydalarını pozub. İndi isə Avropa Komissiyası qaydaların pozulması ilə bağlı müvafiq cəriməni təsdiqləyib. Meta şirkəti öz növbəsində Avropa Komissiyasının bu qərarını apellyasiya məhkəməsinə verməyi planlaşdırır.
     
    Paylaş