
Meta şirkətinin bazar dəyəri 1 trilyon dollara yüksəlib
Tech-Biznes
25.01.2024
Emil
Dünən birjadakı səhm satışları zamanı səhmlərinin ümumi dəyərinin rekord dərəcədə yüksəlməsi səbəbilə Meta şirkətinin bazar dəyəri 1 trilyon dollara yüksəlib. Şirkətin səhmlərinin ümumi dəyəri 2% yüksələrək bir səhm üçün 396$ təşkil edib. İlin əvvəlindən isə şirkətin səhmlərinin ümumi dəyəri 12% yüksəlib. Meta şirkətinin səhmlərinin ümumi dəyərinin yüksəlişi keçən il başladı və keçən ilin yekunu üzrə bu yüksəliş 200% təşkil etdi. Məlumata əsasən şirkətin səhm dəyərlərinin yüksəlməsi səbəblərindən biri şirkətin öz xərclərini azaltması qərarı oldu. Qeyd etmək lazımdır ki, bu istiqamətdə keçən il şirkətdə 20 000 nəfər işçi ixtisar olundu. Səhmdarlar Meta-ya qarşı optimistdirlər. Belə ki, şirkət süni zəka sahəsində lider şirkətlərdən biri kimi öz mövqelərini bərkitməyə hədəflənib.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
