Logo
    main-post-cover

    Microsoft Almaniyanın süni zəka infrastrukturuna külli miqdarda investisiya yatıracaq

    Tech-Biznes
    16.02.2024
         Microsoft növbəti iki ildə Almaniyanın süni zəka və data mərkəz infrastrukturuna 3.2 milyard avro (3.4 milyard dollar) vəsait xərcləyəcəyinə söz verib. Microsoft-un prezidenti Brad Smith bildirib ki, sənaye sahələri süni zəka texnologiyalarına daha çox maraq göstərdikləri üçün Almaniyada bu cür texnologiyalara tələb getdikcə artır. Almaniya kansleri Olaf Scholz-un sözlərinə əsasən Microsoft-un bu investisiyaları süni zəka inkişafına stimul verəcəklər. Microsoft həmçinin 2025-ci ilin sonuna kimi Almaniyadakı 1.2 milyon işçinin rəqəmsal bacarıqlara yiyələnmələrində də yardımçı olacağını bildirib. Bura həmçinin Almaniyada generativ süni zəka üzrə ilk professional sertifikatın əldə edilməsi də daxil olacaq.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Microsoft Almaniyanın süni zəka infrastrukturuna külli miqdarda investisiya yatıracaq | Technote