
Microsoft ilə Amazon-un süni zəka sahəsindəki müqavilələrinin araşdırılmasına start verilib
Tech-Biznes
26.04.2024
Farid
Böyük Britaniyanın Rəqabət və Bazarlar Üzrə İdarəsi (CMA) Microsoft və Amazon-un süni zəka ilə bağlı bir neçə müddət bundan öncə olmuş müqavilələrinə dair istintaqa start verib. CMA-nın fikrincə adları sadalanmış şirkətlərin süni zəka sahəsindəki yeni müqavilələri bu sahədəki rəqabətə təsir göstərə bilər. CMA öz diqqətini Microsoft ilə Fransanın Mistral AI startapı arasındakı əməkdaşlığa və Microsoft-un Inflection AI startapının aparıcı əməkdaşlarını öz tərəfinə çəkməsinə və o cümlədən Amazon-un Anthropic şirkətinə yatırmış olduğu 4 milyard dollar dəyərində investisiyaya ayırıb. CMA qeyd edilmiş mövzular üzrə daha geniş antimonopoliya istintaqının aparılması üçün üçüncü tərəflərin rəylərini istəyib.
Microsoft öz növbəsində bildirib ki, o bu məsələ ilə bağlı bütün lazımi məlumatları CMA-ya təqdim edəcək. Bununla yanaşı şirkət əlavə edib ki, müəyyən mütəxəssislərin işə qəbulu və süni zəka şirkətlərinə investisiyaların yatırılması adi praktikadır. Qeyd etmək lazımdır ki, Microsoft şirkəti OpenAI ilə geniş əməkdaşlığa sahib olsa da, bir neçə müddət bundan öncə o həmçinin Mistral AI şirkəti ilə əməkdaşlığını da elan etmişdi. Bununla yanaşı şirkət DeepMind laboratoriyasının və Inflection AI şirkətinin bəzi top menecerlərini özünə cəlb edib. Amazon isə öz növbəsində Anthropic şirkətinin minoritar hissəsini əldə etmək üçün milyardlarla dollar vəsait ayırıb. Tərəflər generativ süni zəka üçün nəzərdə tutulmuş böyük dil modelləri sahəsində əməkdalıq edirlər.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
