Logo
    main-post-cover

    Microsoft yenidən dünyanın ən bahalı şirkəti statusunu əldə edib

    Tech-Biznes
    12.02.2024
         Sonuncu dəfə Microsoft dünyanın ən bahalı şirkəti statusunu 2021-ci ildə qazanmışdı. Keçən ay da bu vəziyyət təkrarlandı. Lakin çox qısa müddət ərzində Apple onu geridə qoyaraq yenidən dünyanın ən bahalı şirkəti oldu. Birjadakı həmin vəziyyətdən 1 ay keçdi və indi Microsoft yenidən dünyanın ən bahalı şirkəti statusunu qazanıb. Belə ki, keçən həftənin sonuna yaxın şirkətin səhmlərinin ümumi dəyəri 1.56% yüksələrək bir səhm üçün 420.55$ təşkil edib. Nəticədə Microsoft-un bazar dəyəri 3.124 trilyon dollara yüksəlib. Bu, bütün şirkətlər arasında qeydə alınmış yeni rekorddur. Daha öncəki rekorda Apple imza atmışdı. Belə ki, 31 iyul 2023-cü il tarixində onun bazar dəyəri 3.09 trilyon dollara yüksəlmişdi. İndi isə onun bazar dəyəri 2.916 trilyon dollar təşkil edir.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Microsoft yenidən dünyanın ən bahalı şirkəti statusunu əldə edib | Technote