Logo
    main-post-cover

    NVIDIA Amazon-u geridə qoyaraq dünyanın dördüncü ən bahalı şirkəti oldu

    Tech-Biznes
    13.02.2024
    Emil
         NVIDIA şirkəti bazar dəyəri mövzusunda Amazon şirkətini geridə qoyub. Belə ki, şirkətin bazar dəyəri 730 milyon dollar yüksələrək 1.82 trilyon dollar təşkil edib. Buna səbəb isə son 1 il ərzində NVIDIA-nın süni zəka çiplərinə tələbatın artmasıdır. Amazon-a gəldikdə isə onun bazar dəyəri son 1 il ərzində 1.2% aşağı düşüb və hal-hazırda 1.81 trilyon dollar təşkil edir. Beləliklə NVIDIA dünyanın ən bahalı şirkətləri siyahısında dördüncü yerdə qərarlaşıb. Qeyd etmək lazımdır ki, bu siyahının birinci yerini Microsoft, ikinci yerini Apple, üçüncü yerini isə Alphabet (Google şirkətinin sahibi) tutur. Məlumata əsasən 2023-cü ilin ikinci yarısında NVIDIA səhmlərinin ümumi dəyəri sürətlə yüksəlməyə başladı və bu yüksəliş 50% təşkil etdi.
    Paylaş