Logo
    main-post-cover

    OpenAI 25 milyard dollar həcmində yeni investisiya əldə edə bilər

    Tech-Biznes
    30.01.2025
         Technote.az Bloomberg saytına istinadən xəbər verir ki, Yaponiyanın SoftBank korporasiyası, ABŞ-da qabaqcıl süni zəka infrastrukturunun yaradılmasına yönəlmiş 500 milyard dollarlıq Stargate layihəsində iştirak etməklə yanaşı, OpenAI şirkətinə də 25 milyard dollar həcmində sinvestisiya yatırmağı planlaşdırır.
          Bloomberg-in məlumatına görə, SoftBank rəhbərliyi OpenAI ilə 15-25 milyard dollar arasında investisiya yatırımı üçün danışıqlar aparır. Bu məbləğ, SoftBank-ın Stargate layihəsinə ayırdığı 19 milyard dollardan əlavədir. Qeyd etmək lazımdır ki, indiyədək OpenAI şirkətinin ən böyük investoru təxminən 13 milyard dollar sərmayə qoymuş Microsoft şirkəti hesab olunur.
         SoftBank-ın rəhbəri Masayoshi Son, 2019-cu ildə OpenAI şirkətinin CEO-su Sam Altman ilə görüşərək 1 milyard dollar investisiya təklif etsə də, həmin vaxt razılıq əldə olunmamışdı. Daha sonra Vision Fund fondu vasitəsilə SoftBank, OpenAI-ya təxminən 500 milyon dollar investisiya yatırdı və keçən ay bu fond, OpenAI əməkdaşlarının səhmlərini 1,5 milyard dollar məbləğində almağı təklif etdi.
        Sentyabr ayının sonuna olan məlumata əsasən, SoftBank-ın təxminən 25 milyard dollar sərbəst vəsaiti və Arm kimi müxtəlif şirkətlərdə səhmləri mövcuddur. Masayoshi Son, Donald Trump-ın prezidentliyi dövründə ABŞ infrastrukturunun və iqtisadiyyatının inkişafına 100 milyard dollar investisiya yatırmağı planlaşdırır.
     

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    OpenAI 25 milyard dollar həcmində yeni investisiya əldə edə bilər | Technote