Logo
    main-post-cover

    OpenAI və Microsoft rəhbərliyi tərəflər arasındakı əməkdaşlığın gələcəyini müzakirə ediblər

    Tech-Biznes
    25.06.2025
    Emil
         Əvvəllər yayımlanmış məlumata əsasən, OpenAI Microsoft rəhbərliyi arasında gələcək əməkdaşlığın detalları və startapın qarşıdan gələn restrukturizasiyası ilə bağlı müəyyən fikir ayrılıqları mövcuddur. Şirkətin rəhbəri Sam Altman bu həftə etiraf edib ki, bazar ertəsi günü Microsoft-un rəhbəri Satya Nadella ilə əlaqə saxlayaraq gələcək əməkdaşlıq şərtlərini müzakirə edib. Altman bu barədə The New York Times podkastında danışıb və söhbətin məzmunu barədə çox lakonik şəkildə qeyd edib: “Aydındır ki, hər hansı dərin tərəfdaşlıq müəyyən gərginlik nöqtələrini ehtiva edir və bizdə də belə hallar var. Amma ümumilikdə bu əməkdaşlıq indiyədək hər iki şirkət üçün olduqca faydalı olub”.
         Altman əlavə edib ki, ABŞ prezidenti Donald Trump-la süni zəka mövzusunda çox məhsuldar söhbət aparıb və onun bu texnologiyanın geosiyasi və iqtisadi əhəmiyyətini çox yaxşı başa düşdüyünü qeyd edib. Xatırladaq ki, yanvar ayında ABŞ prezidenti vəzifəsinə başladıqdan sonra Donald Trump ilk açıqlamalarından biri kimi “Stargate” layihəsini elan etmişdi. Bu layihə ölkə ərazisində süni zəka sistemlərinin inkişafı məqsədilə istifadə olunacaq, dəyəri 500 milyard dollara qədər olan irimiqyaslı hesablama klasterinin yaradılmasını nəzərdə tutur. OpenAI-dən əlavə, bu layihədə iştirak etmək istədiyini SoftBankOracle da bəyan ediblər.
    Paylaş