main-post-cover

    PlayStation 4 oyun konsolu vaxtı ikən AMD-ni iflasdan xilas edibmiş

    Tech-Biznes
    05.07.2024
    Emil Nəcəfov
         Hal-hazırda AMD şirkəti prosessor satışları mövzusunda az-çox Intel ilə inamlı rəqabət apara bilir. Lakin 10 il bundan öncə vəziyyət tamamilə fərqli idi. AMD top-menecerlərindən birinin sözlərinə əsasən həmin illərdə AMD iflasın astanasında idi. Lakin PlayStation 4 oyun konsolu şirkəti iflasdan xilas edə bildi. Bu barədə məlumatı AMD-nin rəhbərlərindən biri olan Renato Fragale təqdim edib. Onun sözlərinə əsasən şirkət 2008-ci ilin iqtisadi böhranının ağır nəticələrindən əziyyət çəkirdi və nəticədə iflasın astanasında idi. İflasdan yaxa qurtarmaq üçün AMD hətta bəzi intellektual mülkiyyətlərini də satmalı olmuşdu.
         Onlardan birinə misal olaraq Adreno-nu gətirmək olar. Adreno indiki zamanda Snapdragon prosessorlarındakı qrafik çipdir. Həmin illərdə AMD-nin prosessor satışları da aşağı idi. Belə ki, şirkət bu bazarın 25%-nə, Intel isə 75%-nə sahib idi. AMD üçün xilasedici hadisə PlayStation 4 oyun konsolu mövzusunda Sony ilə əməkdaşlıq oldu. Fragale-nin sözlərinə əsasən o, PlayStation 4 üçün nəzərdə tutulmuş prosessor həllinin hazırlanmasında iştirak etmiş 15 nəfərdən ibarət komandaya rəhbərlik edib. Fragale bildirib ki, Sony ilə uğurlu əməkdaşlığın nəticəsi olaraq AMD iflasdan tamamilə yaxa qurtara bildi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Sony, Blu-ray də daxil olmaqla, yazıla bilən optik disklərin istehsalını dayandırır!
    sony-blu-ray-de-daxil-olmaqla-yazila-bilen-optik-disklerin-istehsalini-dayandirir
    Sony Pictures film və serialların hazırlanmasında süni zəkadan istifadə edəcək
    sony-pictures-film-ve-seriallarin-hazirlanmasinda-suni-zekadan-istifade-edecek
    Microsoft DirectSR təqdim edilib: DLSS, FSR və XeSS indi bir API-də birləşir!
    microsoft-directsr-teqdim-edilib-dlss-fsr-ve-xess-indi-bir-api-de-birlesir
    Sony kompakt ölçülü yeni flaqman Xperia smartfonu üzərində çalışır
    sony-kompakt-olculu-yeni-flaqman-xperia-smartfonu-uzerinde-calisir
    Sony, qarğıdalı dənələrini belə tikə bilən ultra dəqiq mikrocərrahi robotunu təqdim edib! (VİDEO)
    sony-qargidali-denelerini-bele-tike-bilen-ultra-deqiq-mikrocerrahi-robotunu-teqdim-edib-video