main-post-cover

    Sam Altman-ın OpenAI şirkətinə qayıdışı rəsmi şəkildə elan edilib

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    22.11.2023
    Farid Pardashunas
         OpenAI şirkəti rəsmi şəkildə bildirib ki, direktorlar şurası ilə Sam Altman arasında razılıq əldə edilib. Nəticədə Altman keçən həftənin sonunda azad edildiyi CEO vəzifəsinə geri qayıdacaq. Altman-la birlikdə şirkətin prezidenti vəzifəsinə Greg Brockman da geri qayıdacaq. Bununla yanaşı OpenAI daxilindəki direktorlar şurasının tərkibi də dəyişəcək. Yeni direktorlar şurasına Salesforce şirkətinin keçmiş CEO-su Bret Taylor, ABŞ-ın keçmiş maliyyə naziri Larry Summers Quora servisinin CEO-su Adam D’Angelo daxil olacaqlar. “Biz Sam Altman-ın şirkətə geri qayıtması ilə bağlı ümumi razılığa gəldik. Biz hal hazırda bu məsələnin detallarını qaydasına qoymaqla məşğuluq. Səbriniz üçün çox sağolun” - deyə şirkətin bəyanatında qeyd edilib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OpenAI işçilərinin 95%-i şirkətdən ayrılmağa hazırdır
    openai-iscilerinin-95-i-sirketden-ayrilmaga-hazirdir
    Sam Altman Microsoft şirkətinə qoşulub
    sam-altman-microsoft-sirketine-qosulub
    OpenAI şirkətinə yeni CEO təyin edilib
    openai-sirketine-yeni-ceo-teyin-edilib
    Microsoft Sam Altman-ın OpenAI-dan ayrılmasına heç də xoş yanaşmır
    microsoft-sam-altman-in-openai-dan-ayrilmasina-hec-de-xos-yanasmir
    Sam Altman-ın OpenAI şirkətinə qayıdışı müzakirə edilir
    sam-altman-in-openai-sirketine-qayidisi-muzakire-edilir