Logo
    Satıcı 40-dan çox RTX 5090 videokartını 11220 manatdan satır

    Satıcı 40-dan çox RTX 5090 videokartını 11220 manatdan satır

    Tech-Biznes
    23.11.2026
        Kanadanın Ontario əyalətinin Oakville şəhərində bir satıcı “Facebook Marketplace” platformasında 40 ədəddən çox “RTX 5090” videokartını satışa çıxarıb. Ən ucuz kartın qiyməti 9500 Kanada dollarıdır. Bu, 6600 dollardan çoxdur (təxminən 11220 manat). Qutusu açılmamış kart üçün əlavə 500 Kanada dolları, yəni təxminən 350 dollar (595 manat) istəyir.
        Satıcı alqı-satqını yaxınlıqdakı polis bölməsində keçirmək və kartları yoxlamağa şərait yaratmaq istəyir. Onun sözlərinə görə, satışda “Nvidia Founders Edition” və “Dell” daxil olmaqla, əksər istehsalçıların modelləri var. Kartların çoxunun qutusu daha əvvəl açılıb. Şərh yazan bir nəfər satıcının biznes tərəfdaşı olduğunu və kartların kiçik bulud hesablama şirkətindən qaldığını iddia edib.
        Həmin şəxsin sözlərinə görə, şirkət “Nvidia B300”, “B200” və “Pro 6000” serverlərini aldıqdan sonra videokartları satmaq qərarına gəlib. “Dell” və “Nvidia Founders Edition” modellərinin, həmçinin qutusu açılmış kartların satılması bu açıqlamaya uyğun görünür. Lakin iddia təsdiqlənməyib. Elanın fotosunda zirzəmi pəncərələrinin görünməsi də müzakirə yaradıb. İstifadəçilər bunun satıcının yerini müəyyənləşdirməyə kömək edə və təhlükəsizlik riski yarada biləcəyini deyiblər.
        9500 Kanada dolları qiymət ölkədəki bəzi mağazalardan baha deyil. Kanada gömrüyünün hərracında bir “RTX 5090” kartının 8300 Kanada dollarına satıldığı göstərilir. “Memory Express” mağazasında kart təxminən 10000 Kanada dollarına satılır. “Newegg Canada” platformasında qiymət 9300 Kanada dollarıdır və bu paketə ana plata, kompüter korpusu və enerji bloku da daxildir.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...