Logo
    main-post-cover

    120 Megapixel Canon göründü

    Yapon foto texnologiya firması olan Canon'un 2015-ci ilin Sentyabr ayında elan etdiyi 120 Megapiksel keyfiyyətdə DSLR, yəni obyektivi dəyişdirilə bilən fotoaparatı üzə çıxdı. Keçən həftə Çində keçirilən Canon Expo adlı sərgidə göstərilən fotoaparat ilk baxışda firmanın hələ də satışda olan modeli 5DS'ə bənzəyir.

    Hələlik sadəcə konsept olaraq dizayn edilən və istehsalına başlanmayan model klassik DSLR modeli xatırladır. Sərgidə sadəcə uzaktan görünməsinə icazə verilən fotoaparatın görüntüləri isə Hong Kongdakı DCFever tərəfindən internetdə yayımlanıb. DCFever'ın verdiyi məlumatlara görə fotoaparatın çəkdiyi tək bir RAW fotosu 214 MB yer tutur. Fotoaparatın çəkdiyi fotolar 24-70 mm f2.8, 11-24 f4 və 300 mm f2.8 obyektivlərlə çəkilib. Bu konsept dizaynın isə istehsal edilib edilməyəcəyi hələki bilinmir.

    Günümüzdə ortalama bir DSLR ən az 18 Megapiksel təklif edir. Canon'un orta/üst səviyyə modelləri arasında 50 Megapiksel keyfiyyət təklif edən versiyaları da mövcuddur. Bu bir nöqtədən sonra praktikada o qədər də önəmli olmasa da, bəzi detallı işlərdə təbii ki, mütləq lazım olur. Xüsusilə də hərbi məqsədlər üçün çox güclü sensorlar tələb olunur.
    Paylaş
    Bənzər xəbərlər