
165 Hz-lik təsvir yenilənməsinə sahib Lenovo Legion R27q gaming monitoru təqdim edilib - QİYMƏTİ
Elm & Texnologiya
18.10.2023
Emil
Lenovo şirkəti özünün Legion brendi altında yeni gaming monitorunu təqdim edib. Təqdim edilmiş monitor Lenovo Legion R27q adını əldə edib. Beləliklə sözügedən yeni gaming monitoru 165 Hz-lik təsvir yenilənməsinə sahib Quad HD keyfiyyətli 27 düym Fast IPS ekranla təchiz olunub. Sürətləndirilmiş rejimdə ekranın təsvir yenilənməsi göstəricisi 180 Hz-ə yüksəlir. Ekran sRGB rəng diapazonunun 99%-ni, DCI-P3 rəng diapazonunun isə 90%-ni əhatə edir. Lenovo Legion R27q özündə HDMI 2.1 və digər girişləri birləşdirir. Monitor yaxın zamanda Çində 150$ qiymətində satışa çıxacaq. Onun qlobal bazarda satılıb-satılmayacağı isə bilinmir.


Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
