
3D çap vasitəsilə orqan toxumalarının yaradılması üsulu təqdim edilib
Elm & Texnologiya
08.07.2025
Emil
3D çap texnologiyası inkişaf etməkdə davam edir və tətbiq sahələrini genişləndirir. Honkonq Universitetindən olan tədqiqatçılar 3D çap və orqanoidlərin kultivasiyası vasitəsilə insan orqanlarının işlək toxumalarının yaradılması üsulunu təqdim ediblər. Tədqiqatlara professor Michael Chan-ın rəhbərlik etdiyi komanda başçılıq edir. Onların məqsədi müəyyən fizioloji funksiyaları yerinə yetirə bilən bioloji strukturlar yaratmaqdır. Hazırda 3D çapda istifadə olunan biomateriallar isə təbii orqanları tam əvəz etmək üçün zəruri xüsusiyyətlərə malik deyillər. Bu problemi həll etmək üçün tədqiqatçılar xəstənin özündən alınmış kök hüceyrələrindən yetişdirilən orqanoidləri istifadə edirlər.

Pasientin hüceyrələrindən istifadə genetik uyğunluğu təmin edir və orqan nəqlindən sonra imtina riskini azaldır. Proses ağız boşluğundan götürülən seliyin toplanması ilə başlayır. Hazırkı mərhələdə tədqiqatlar tənəffüs yollarının rekonstruksiyası üzərində cəmlənib. Əsas çətinlik ondan ibarətdir ki, orqanoidləri çap edilmiş struktura elə bir şəkildə inteqrasiya etmək lazımdır ki, bu struktur həm bioloji aktivliyini, həm də mexaniki dayanıqlılığını qoruya bilsin. Yaradılan bu strukturlar yalnız transplantologiyada deyil, həm də dərman preparatlarının xəstə orqanizmi ilə uyğunluğunu yoxlamaq məqsədilə istifadə oluna bilər.

Bu yanaşma onkoloji və genetik xəstəliklərin müalicəsində xüsusilə aktual ola bilər. Layihə Honkonq Universitetinin iştirakı ilə yaradılmış C2iTech şirkətinin dəstəyi ilə həyata keçirilir. Bu şirkət orqanoidlərin kultivasiyası sahəsində ixtisaslaşıb ki, bu da alimlərə əsas tədqiqat mərhələlərinə fokuslanmağa imkan verir. Hazırda böyrək və ya qaraciyər kimi mürəkkəb orqanların yaradılması hələ mümkün deyil. Lakin araşdırmaların nəticələri bu istiqamətdə irəliləyişin olduğunu göstərir. Bu texnologiyanın gələcək onilliklər ərzində tibbdə tətbiq olunacağı gözlənilir.
Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Honor Magic V5 təqdim olunub - QİYMƏTİ
