
8-ci sınaq uçuşu zamanı Starship səmada partlayıb (VİDEO)
Elm & Texnologiya
07.03.2025
Emil
Dünən gecə SpaceX şirkəti Starship kosmik gəmisinin Super Heavy sürətləndirici raketi ilə səkkizinci sınaq uçuşunu həyata keçirdi. Əvvəlki sınaq uçuşu kimi, bu missiya da kosmik gəminin itirilməsi ilə nəticələndi. Bununla belə, Super Heavy raketi Yerə uğurla qayıtdı və Mechazilla adlı xüsusi manipulyator sistemi tərəfindən start meydançasında tutuldu. SpaceX Starship-i 6 mart cümə axşamı günü ABŞ-ın Cənubi Texasdakı Starbase start meydançasından orbitə buraxdı. Uçuşun ilkin mərhələləri planlaşdırıldığı kimi keçdi. Bura pillələrin ayrılması və Super Heavy raketinin Yerə qayıtması da daxil idi.
Bu, 2024-cü ilin oktyabrından bəri 4 missiya ərzində Mechazilla sistemi tərəfindən uğurla tutulan üçüncü eniş oldu. Lakin buraxılışdan 8 dəqiqə sonra Starship-in yuxarı pilləsindəki 6 Raptor mühərrikindən 4-ü gözlənilmədən sıradan çıxdı. Raket istiqamət üzərində nəzarəti itirərək dönməyə başladı, lakin video yayımı davam edirdi. Təxminən 1 dəqiqə sonra SpaceX kosmik gəmi ilə əlaqəni itirdi və qısa müddət sonra Starship partladı. SpaceX uçuşdan bir neçə saat sonra rəsmi saytında açıqlama yayaraq hadisəni belə izah etdi: "Üst pillənin qalxış mərhələsinin sonuna yaxın baş vermiş partlayış bir neçə Raptor mühərrikinin sıradan çıxmasına səbəb oldu.
Bu isə nəticədə istiqamət nəzarətinin itirilməsinə və Starship ilə əlaqənin kəsilməsinə gətirib çıxardı. Starship ilə sonuncu əlaqə startdan təxminən 9 dəqiqə 30 saniyə sonra qeydə alınıb" - deyə SpaceX məlumat verdi. Kosmik gəminin partlaması və qalıqlarının düşməsi Karib hövzəsinin bəzi bölgələrindən müşahidə olunub - Dominikan Respublikasından tutmuş Baham adalarına və hətta şimalda Florida sahillərinə qədər. SpaceX bildirib ki, Starship müəyyən edilmiş buraxılış koridoru çərçivəsində uçuş həyata keçirib və əhalinin təhlükəsizliyi təmin olunub. Qəza zamanı salamat qalan qalıqlar təhlükəsizlik zonası daxilində yerə düşməli idi.
Sınaq uçuşu zamanı ABŞ Federal Aviasiya İdarəsi (FAA) Karib hövzəsinin bəzi hissələrində hava məkanını müvəqqəti bağlayıb. Bunun nəticəsində bəzi aviareyslər təxirə salınıb və ya alternativ hava limanlarına yönləndirilib. FAA hadisədən dərhal sonra açıqlama verərək bildirib ki, SpaceX Starship-in 6 mart buraxılışı zamanı baş verən qəzanı araşdırmalıdır. Bu, ardıcıl ikinci uğursuz Starship sınaq buraxılışı oldu və SpaceX-in bu layihəsinə ciddi zərbə vurdu. Starship, şirkətin orbitdə növbəti nəsil Starlink peyklərini yerləşdirmək planlarında əsas rol oynayır. Kosmik gəminin göyərtəsində 4 ədəd Starlink peyk maketi var idi və onlar suborbital uçuş zamanı buraxılmalı idi.
Mənbə: CNN
Paylaş
Bənzər xəbərlər

Elm & Texnologiya
Starship-in sayca 8-ci sınaq uçuşunun tarixi açıqlanıb
Starship-in növbəti sınaq məqsədli test uçuşu artıq bu həftənin sonunda - 28 fevral, cümə günü baş tutması mümkündür.

Elm & Texnologiya
SpaceX Yer kürəsini kosmik təhlükələrdən qoruyacaq yeni teleskopu kosmosa göndərəcək
NASA açıqlayıb ki, SpaceX yeni planetar müdafiə kosmik teleskopunun buraxılması üçün müqavilə əldə edib. Əvvəlki NEOWISE teleskopu 1 noyabr 2024-cü ildə Yer atmosferində yanaraq məhv olmuşdu. Onun yerinə NEO Surveyor adlı yeni infraqırmızı kosmik teleskop hazırlanır.

Elm & Texnologiya
Elon Musk, Beynəlxalq Kosmik Stansiyanı mümkün qədər tez məhv etməyi təklif edib
ABŞ-ın keçmiş prezidenti Donald Trump-ın müşaviri, milyarder və SpaceX şirkətinin sahibi Elon Musk kosmik tədqiqatların irəliyə aparılmasının vacibliyini vurğulayıb.

Elm & Texnologiya
Starship növbəti test uçuşu zamanı səmada partlayıb (VİDEO)
Dünən SpaceX şirkəti Starship-in növbəti test uçuşunu reallaşdırdı. Daha öncəki test uçuşları ilə müqayisədə bu dəfə hər şey yolunda getmədi.

Digər
Elon Musk ilə ABŞ hökuməti arasında gərginlik yaşanmağa başlanıb!
Elon Musk və ABŞ hökuməti arasındakı münasibətlər gərginləşib. Elon Musk və SpaceX-in ABŞ-ın federal qurumları tərəfindən araşdırıldığı məlum olub. Musk isə baş verənlərə sərt reaksiya göstərib.
Ən çox oxunanlar

Google Pixel 9a-nın reklam fotoları təqdim edilib
