
ABŞ Müdafiə Nazirliyi döyüş meydanında beyin travmasını skan edəcək texnologiyanı əldə edə bilər
Elm & Texnologiya
07.11.2024
Emil
ABŞ Müdafiə Nazirliyi döyüş meydanında hərbçilərdə kəllə-beyin travmalarının diaqnostikası imkanlarının təyini üçün Sense Neuro Diagnostics adlı şirkət ilə 2 milyon dollarlıq müqavilə bağlayıb. Qeyd etmək lazımdır ki, bu şirkət NeuroHawk adlı innovasiyalı dəbilqə hazırlayıb. Hazırlanmış dəbilqə qanaxmanın təyini istiqamətində sürətli beyin skanı imkanına sahibdir.
Sözügedən texnologiya son 20 il ərzində hərbçilər üçün əsl problemə çevrilmiş travmaların diaqnostika prosesinin yaxşılaşdırılmasına istiqamətlənib. NeuroHawk bir neçə saniyə ərzində skan və diaqnostikanı reallaşdıraraq tibb işçilərinə dəqiq məlumatları təqdim edir. Bu öz növbəsində təkrar travmaların olma riskini azaldır və müalicə nəticələrini yaxşılaşdırır. NeuroHawk-un ilk klinik testləri gələn ilin iyun ayı üçün planlaşdırılır. Aparılacaq testlərin ilkin mərhələsində əsas diqqət texnologiyanın funksiyalarının yoxlanmasına və onun stress vəziyyətlərində nə dərəcədə effektiv olmasına istiqamətlənəcək.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
