Logo
    main-post-cover

    AirPods və AirPods Max qulaqlıqları USB-C girişinə keçid edəcəklər

        Apple öz cihazlarını tədricən Lightning girişindən USB-C girişinə keçirir. Şirkətin sabah baş tutacaq təqdimatında təqdim ediləcək iPhone 15 smartfonları da USB-C girişi ilə təchiz olunmalıdırlar. Üstəlik sabahkı təqdimatda USB-C dəstəkli yenilənmiş AirPods Pro naqilsiz qulaqlığının təqdimatı da gözlənilir. Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın sözlərinə əsasən yaxın gələcəkdə şirkətin digər qulaqlıqları USB-C-yə keçid edəcəklər. İnsayder bildirib ki, adi AirPods AirPods Max modelləri artıq gələn il Lightning girişindən azad olacaqlar və USB-C-yə keçid edəcəklər. Görünür sabah təqdim olunacaq yenilənmiş AirPods Pro modeli sadəcə USB-C girişinə sahib olması ilə fərqlənəcək. Digər özəlliklər baxımından o, daha öncəki AirPods Pro ilə eyni olacaq.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    AirPods və AirPods Max qulaqlıqları USB-C girişinə keçid edəcəklər | Technote