
Alfa Sentavr ulduz sisteminin maddə zərrəcikləri artıq Günəş sisteminə daxil olublar
Elm & Texnologiya
13.02.2025
Emil
2017 və 2018-ci illərdə Günəş sistemindən keçmiş Oumuamua və Borisov kometası kimi ulduzlararası obyektlər alimlərə onları hərtərəfli müşahidə etmək imkanını vermədilər. Bununla belə, bu cisimlər sübut etdilər ki, səma cisimləri Süd Yolu qalaktikası boyunca hərəkət edir və bizim planetimizin yanından keçə bilərlər. Yeni bir araşdırmanın müəllifləri Alfa Sentavr ulduz sistemindən nə qədər maddənin artıq Günəş sisteminə daxil ola biləcəyini hesablayıblar. Alfa Sentavr ulduz sistemi Günəş sisteminə tərəf təxminən saatda 79 000 km sürətlə hərəkət edir.
Oumuamua:

Təxminən 28 000 il sonra bu sistem ən yaxın nöqtəsinə çataraq Günəşdən 20 000 astronomik vahid (av / 1 av = 149 597 870 700 metr) uzaqlıqda olacaq. Qərbi Ontario Universitetinin alimlərinin hesablamalarına görə, Alfa Sentavrdan gələn maddə mütləq bizim sistemə daxil olacaq və hətta bir hissəsi artıq buradadır. "Ulduzlararası maddə artıq Günəş sistemində aşkar edilib, lakin onun mənşəyi və hərəkət detalları hələ də naməlum qalır" - deyə araşdırma müəllifləri bildiriblər. "Biz Alfa Sentavrı Günəş sistemimizə ulduzlararası maddənin çatdırılmasının konkret bir nümunəsi kimi təqdim edirik".
Adətən, Alfa Sentavr kimi yetkin ulduz sistemləri (təxminən 5 milyard il yaşında) çox miqdarda maddə yaymır. Lakin bu sistemin 3 ulduzu və bir çox planetləri var, buna görə də, asteroidlərin və kometaların cazibə qüvvəsi ilə səpələnməsi ehtimalı kifayət qədər yüksəkdir. Artıq məlumdur ki, Oumuamua və Borisov kometası kimi iri obyektlər Günəş sisteminə çata bilər. Eyni hal 21-ci əsrin əvvəllərində Cassini kosmik aparatı tərəfindən aşkarlanmış ulduzlararası toz üçün də keçərlidir. Bu və digər tapıntılara əsaslanaraq, alimlər bir model hazırlayıb və Günəş sistemində artıq Alfa Sentavrdan gəlmiş çoxlu sayda maddənin mövcud olduğunu proqnozlaşdırıblar.

Oort buludu daxilində diametri 10 mikrondan bir neçə 10 metrə qədər olan təxminən bir milyon hissəcik ola bilər. Lakin bu obyektləri müəyyən etmək son dərəcə çətindir. Onların əksəriyyəti Günəşdən uzaqda yerləşir, bu da müasir teleskoplarla onları müşahidə etməyi demək olar ki, mümkünsüz edir. Günəşdən 10 av məsafədə belə bir obyektin yerləşmə ehtimalı (milyonda bir) çox aşağıdır. Bununla belə, bəzi hissəciklər Yer atmosferinə çataraq meteoritə çevrilə bilər və növbəti 28 000 il ərzində onların sayı daha da artacaq. Bütün bunlar onu göstərir ki, Günəş sistemi qalaktikanın qalan hissəsindən tamamilə təcrid olunmayıb və maddə mübadiləsi davamlı olaraq baş verir.
Mənbə: Universe Today
Paylaş
Bənzər xəbərlər

Elm & Texnologiya
Yer kürəsinin daxili nüvəsi öz formasını dəyişir
ABŞ-dan olan geofiziklər qrupu, Yer kürəsinin ən dərin geosferi olan və təxminən 1200 km radiusa malik daxili nüvəsində struktur dəyişikliklərinin sübutlarını aşkar ediblər.

Elm & Texnologiya
Çin planetar müdafiəni hazırlamağa start verib
2024 YR4 asteroidi, 27 dekabr 2024-cü ildə kəşf edildikdən sonra Yer kürəsi üçün ən təhlükəli göy cisimləri siyahısına daxil edildi. Lakin NASA və ESA (Avropa Kosmik Agentliyi) tərəfindən bu məlumatın yayılmaması Yeni il ərəfəsində panika dolu xəbərlərin qarşısını aldı.

Elm & Texnologiya
Kosmosun dərinliklərindən gəlmiş 20-dən çox radiosiqnal qeydə alınıb
Astronomlar kosmosdakı radiosiqnalları filtrdən keçirtmək və onların mənbələrini müəyyən etmək üçün xüsusi bir sistem yaradıblar. Alimlər qəfil yaranan və bir neçə saniyə və ya daha az müddətdə yox olan parlaq enerji partlayışlarını araşdırıblar.

Elm & Texnologiya
Planetimiz yeni qorxulu iqlim mərhələsinə keçid edib
Planetimiz rəsmi olaraq 2015-ci ildə imzalanmış Paris İqlim Sazişinin (COP) prioritet hədəfi kimi müəyyən edilmiş 1.5 dərəcə Selsi həddini keçib.

Elm & Texnologiya
Uranın peyki Ariel potensial olaraq səthaltı okeana sahibdir
Hazırda alimlər hesab edirlər ki, Yupiter, Saturn, eləcə də Neptun və Uranın bəzi peykləri su dünyalarıdır. Yəni onların səthlərində olan qalın buz qatının alt hissəsində maye şəklində sudan ibarət okean mövcuddur.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
