
Alimlər CO2-ni şəkərə çevirməyi bacarıblar
Elm & Texnologiya
15.07.2025
Emil
Çinli alimlər perspektivli bir kəşfə imza atıblar. Onlar karbon qazını səmərəli şəkildə mürəkkəb karbohidratlara çevirməyi öyrəniblər: şəkər, fruktoza, qlükoza və digər üzvi maddələr, hansı ki, qida və kimya sənayesində istifadə oluna bilər. Bu texnologiya eyni zamanda iki qlobal problemi həll etməyə kömək edir: Yer atmosferindəki karbon qazı səviyyəsinin azaldılması və qida təhlükəsizliyinin təmin olunması. Karbon qazını faydalı maddələrə - yanacaq, kimyəvi xammal və ya hətta qida məhsullarına - çevirmə texnologiyalarının hazırlanması prosesi zamanı alimlər artıq CO2-ni sadə molekullara çevirməyi bacarıblar. Lakin karbon qazını uzun zəncirli (12-dən çox karbon atomu olan) karbohidratlara və karbohidrogenlərə çevirmək üçün sadə həllər mövcud deyildi.

Çin Elmlər Akademiyasının Tyançzin Sənaye Biotexnologiyası İnstitutunun alimləri isə, öz sözlərinə görə, bu istiqamətdə qənaətbəxş bir yol taparaq təsirli nəticələr əldə ediblər. Elə bil ki, əsasən isti və rütubətli iqlimə malik olan Çin (əhaliyə məskun olmayan səhraları və dağlıq əraziləri nəzərə almasaq) şəkər ehtiyacını tamamilə özü qarşılamalıdır - istər qamış, istərsə də çuğundur şəkəri ilə. Lakin reallıqda, Çində hər il istehlak olunan 15 milyon ton şəkərin təxminən 5 milyon tonu idxal edilir. Əkin sahələrinin genişləndirilməsi isə ətraf mühitə əlavə yük və torpaqlardan həddindən artıq istifadə deməkdir ki, bu da nəticə etibarilə iqlimə mənfi təsir göstərə bilər.

Havadan şəkər istehsalı isə bu problemi həll etmək üçün olduqca ehtiyac duyulan bir həll yolu olardı. Alimlər CO2-dən mürəkkəb karbohidratların səmərəli sintezi prosesini yaratmağa nail olublar. Əvvəlcə katalizatorlar və fermentlərin iştirakı ilə metanol sintez olunur, daha sonra isə bu metanol əsasında qida və kimya sənayesi üçün müxtəlif birləşmələr - fruktoza, amiloza, amilopektin, sellobioza və sellooliqosaxaridlər əldə edilə bilər. Konversiya effektivliyi təsiredici 86%-ə çatır, reaksiyaların zənciri isə qısa olduğu üçün enerji sərfiyyatı əhəmiyyətli dərəcədə azalır. Karbon qazının çevrilməsinə dair bu perspektivli üsul laboratoriya şəraitində uğurla sınaqdan keçirilib. Alimlər texnologiyanı kommersiya istehsalı mərhələsinə çatdırmağı vəd edirlər.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
