Logo
    main-post-cover

    Alimlər Dayson sferasının inşası mümkünlüyünü hesablayıblar

    Elm & Texnologiya
    24.03.2025
    Emil
         Günəşin ətrafında yerləşəcək və ulduzun enerjisini bəşəriyyətin ehtiyacları üçün toplayacaq hipotetik Dayson sferası bir gün reallığa çevrilə bilər. Bu gün belə bir layihə fantastik görünür. Lakin enerji heç vaxt artıq olmur - Yer sivilizasiyası artıq bu dərsi öyrənib və yeni enerji mənbələrinə çıxış axtarmağa davam edəcək. Elə isə, niyə bu layihəni artıq bu gündən alimlərin və mühəndislərin baxış bucağından qiymətləndirməyək? Bunun üçün lazım olan hər şey dərsliklərdə mövcuddur. Tam və ya qismən Dayson sferasının yaradılması imkanını Erlangen-Nyurnberqdə yerləşən Helmholtz Bərpa Olunan Enerji Mənbələri İnstitutundan Ian Marius Peters araşdırıb. Onun araşdırması Science Direct jurnalında dərc olunub. Alimin izahına görə, o, Dayson sferasının fotoelektrik panellərdən yaradılması ilə bağlı heç bir nəşrə rast gəlməyib - halbuki bu, Günəş enerjisini tutmaq üçün ən məntiqli və açıq-aşkar üsuldur.
         Ulduz enerjisini toplamaq üçün enerji tələsi ideyasını fizik Freeman Dyson inkişaf etdirib. Onun sözlərinə görə o bu fikri futuroloq Olaf Stapledon-un 1937-ci ildə yazmış olduğu “Star Maker” adlı əsərindən götürüb. Lakin buna bənzər ideyaları xeyli əvvəl Konstantin Tsiolkovsky də irəli sürmüşdü - Dyson-un bundan xəbərsiz olması mümkündür. Hər halda, o özündən əvvəlkilərin fikirlərini nisbətən tam bir konsepsiyaya çevirib. Alim Ian Marius Peters isə daha da irəli gedərək, belə bir meqakonstrukiyanın Yer üzərindəki həyata təsirini qiymətləndirib və onun inşası üçün nə qədər material lazım olacağını hesablayıb. Riyazi hesablamalar göstərib ki, Yer orbitinin daxilində yerləşən kiçik diametrli Dayson sferası praktik olmazdı. Birincisi, belə bir qurğu həddindən artıq qızar və bu da fotoelektrik çevrilmənin effektivliyini azaldardı. İkincisi, o, Günəş işığının Yerə çatmasının qarşısını alardı, bu isə canlı orqanizmlərin və sivilizasiyanın məhvinə səbəb olardı.
         Daha böyük diametrli Dayson sferaları isə daha yaxşı soyuyar və ümumilikdə Günəş enerjisinin toplanmasında təxminən 25% effektivlik təmin edə bilərdi. Lakin bütöv (tam) sferanın qurulması halında, Yer üzərindəki temperatur 140 K qədər arta bilərdi ki, bu da həyatın məhvinə səbəb ola bilərdi. Kompromis həll variantı olaraq tam deyil, qismən qurulmuş bir struktur (Dayson sürüsü) yaratmaq mümkün olardı. Bu struktur Günəşdən 2.13 astronomik vahid (AV) məsafədə yerləşərək səthin 22%-ni örtərdi. Bu halda Günəş enerjisinin 4%-ni (təxminən 15.6 yottavatt) əldə etmək mümkün olardı və Yer temperaturu 3 K-dən az artardı - bu da mövcud qlobal istiləşmə tendensiyaları ilə müqayisə oluna bilər. Bunun üçün 1.3 x 10²³ kq silisium materialı tələb olunur - nəhəng miqdardır, lakin Günəş sistemindəki maddə ehtiyatları çərçivəsində reallaşdırıla biləcək bir hədəfdir. Dayson sürüsünü yaratmaq, bütöv sferadan daha asandır. Əslində, belə bir layihəni artıq bu gündən reallaşdırmaq mümkündür. Sürü tədricən - onun komponentləri hazır olduqca - genişləndirilə bilər. Bu halda bu fikir artıq fantastika kimi görünmür. Bununla belə, hələ ki, bu ideyanın vaxtı çatmayıb.
    Paylaş
    Bənzər xəbərlər
    melum-olan-en-qedim-qalaktikada-boyuk-miqdarda-oksigen-kesf-edilib
    Elm & Texnologiya

    Məlum olan ən qədim qalaktikada böyük miqdarda oksigen kəşf edilib

    Son illərin müşahidələri astronomları tez-tez çıxılmaz vəziyyətə salır və erkən kainatın təkamülü ilə bağlı anlayışların səhv olduğunu sübut edir. Böyük partlayışdan sonrakı ilk bir milyard il ərzində ulduzlar və qalaktikalar gözlənilmədən sürətlə inkişaf ediblər - bu isə mövcud kosmoloji modellərlə izah edilə bilmir.
    ay-sethinden-cekilmis-gun-batimi-fotolari-gonderilib
    Elm & Texnologiya

    Ay səthindən çəkilmiş gün batımı fotoları göndərilib

    Firefly Aerospace şirkətinə məxsus Blue Ghost Ay eniş modulu, tarixdə ilk dəfə olaraq Ayda günbatımının yüksək keyfiyyətli fotolarını Yerə göndərib.
    yerin-firlanmasindan-enerjinin-elde-edilmesi-mumkunluyu-yoxlanilib
    Elm & Texnologiya

    Yerin fırlanmasından enerjinin əldə edilməsi mümkünlüyü yoxlanılıb

    ABŞ-dan olan üç fizik, Yer kürəsinin fırlanma enerjisindən istifadə edərək elektrik enerjisi əldə etməyi nəzərdə tutan bir nəzəriyyəni praktik olaraq yoxlamağı təklif ediblər. Onlar tərəfindən yaradılmış xüsusi qurğu, planetin maqnit sahəsi ilə qarşılıqlı təsirə girərək 18 mikrovolt elektrik enerjisi hasil edib.
    tebiet-terefinden-yaradilmis-zaman-kapsullari-askar-edilib
    Elm & Texnologiya

    Təbiət tərəfindən yaradılmış “zaman kapsulları” aşkar edilib

    Planetimiz saysız-hesabsız heyvan və bitki növlərinə ev sahibliyi edir, lakin onların bir çoxu yox olma təhlükəsi ilə üz-üzədir və ya artıq nəsli tükənib. Alimlər illərdir nəsli kəsilməkdə olan növləri qorumaqla yanaşı, çoxdan məhv olmuş canlıları - məsələn, mamontları, dodo quşlarını və ya tasmaniya canavarını “diriltmək” üçün üsullar üzərində çalışırlar.
    biofarminq-texnologiyasi-ev-seraitinde-derman-hazirlamaga-imkan-verecek
    Elm & Texnologiya

    Biofarminq texnologiyası ev şəraitində dərman hazırlamağa imkan verəcək

    Kanadadan olan bir qrup tələbə-tədqiqatçı biotexnologiya əsasında dərman istehsalı üçün yeni bir texnologiya təqdim edib.