Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!
Elm & Texnologiya
19.11.2024
Farid Pardashunas
Technion Fizika Fakültəsindən bir araşdırma qrupu kvant fizikası sahəsində mühüm bir uğura imza atıb. Tədqiqatçılar kvant tunelləmə fenomenindən istifadə edərək atomları 2 nöqtə arasında uğurla ötürməyi bacarıblar.
Əvvəla bilməyənlər üçün qeyd edək ki, kvant tuneli bir hissəciyin klassik fizika qaydalarına əsasən keçə bilməyəcəyi bir enerji maneəsini aşmasına imkan verir. Bunu, futbol topunun divardan nə onu qırmayaraq, nə də üzərindən keçməyərək bir növ qeyri-adi şəkildə keçməsinə bənzətmək olar. Tədqiqatçılar bu prinsipdən faydalanaraq atomları optik pinsetlərdən istifadə etməklə bir nöqtədən digərinə daşımağı bacarıblar.
Optik pinset texnologiyası 1980-ci illərdə fizik Arthur Ashkin tərəfindən inkişaf etdirilmiş bir metod olub, lazer şüaları vasitəsilə mikroskopik obyektləri, hətta hüceyrələri və molekulları manipulyasiya etməyə imkan yaradır. Bu tədqiqatda alimlər 3 optik pinseti ardıcıllıqla düzərək, demək olar ki, mütləq sıfır dərəcəsinə qədər soyudulmuş fermiyon atomlarını bu qurğunun içində hərəkət etdiriblər. Pinsetlər arasındakı məsafəni dəyişdirən komanda, atomların tunelləmə sürətini idarə edib və xarici 2 pinset arasında uğurlu ötürməni həyata keçirib. Tədqiqatçılar bildirirlər: "Atomların bir nöqtədən digərinə fasiləsiz və effektiv şəkildə ötürüldüyünü müşahidə etdik. Orta pinsetdə qalan atomların sayı olduqca az idi".
Təcrübənin ən diqqətçəkən məqamı atomların orta pinsetdə durmaması idi. Bu hal atomların davranışını müəyyən edən dalğa funksiyalarının interferensiyası ilə izah edilib. Dalğa funksiyalarının üst-üstə düşməsi orta pinsetdə interferensiyanı ləğv edərkən, xarici pinsetlərdə güclənərək atomların effektiv şəkildə ötürülməsini təmin edib. Araşdırma onu göstərir ki, optik pinsetlər kvant fizikası sahəsində təcrübi platforma kimi istifadə edilə bilər. Yəni, bu inkişaf həssas kvant kompüterləri və sensorları kimi yeni nəsil cihazların hazırlanmasına yol aça bilər. Hətta yaxın gələcəkdə daha güclü və sürətli prosessor texnologiyalarını da görmək mümkün ola bilər.
Linki kopyala
elmi xeber
elmi araşdırma
Scientific news
science
science news
elmi xeberler
quantum tunneling
kvant texnologiyalar
kvant tunelləmə
quantum
kvant
quantum technologies
Bənzər xəbərlər
Oxşar xəbərlər
Alimlər duzlu sudan saf litium əldə edə biliblər!
Alimlər duzlu sudan saf litium əldə edə biliblər!
Alimlər məsaməli bərk elektrolit materialından istifadə edərək 97.5% təmizliklə litium çıxara bilən yeni elektrokimyəvi reaktor istehsal ediblər.
Yeni tədqiqat sayəsində bədəndəki hüceyrələrdə yaddaş izləri aşkar edilib!
Yeni tədqiqat sayəsində bədəndəki hüceyrələrdə yaddaş izləri aşkar edilib!
Yeni bir araşdırma, bədəndə yerləşən sinir və böyrək hüceyrələrində beyinlə oxşar yaddaş izlərinin yarandığını ortaya qoyub.
Elm adamları 6G-nin kişilərin reproduktiv sağlamlığına zərər verə biləcəyini aşkar ediblər!
Elm adamları 6G-nin kişilərin reproduktiv sağlamlığına zərər verə biləcəyini aşkar ediblər!
Çinin Hərbi Tibb Universitetindən alimlərin apardığı araşdırma, 6G-nin terahertz tezliklərindəki radiasiyasının kişilərin reproduktiv sağlamlığına mənfi təsir edə biləcəyini göstərib.
Kök hüceyrə müalicəsi ilə ilk dəfə insanlarda görmə qabiliyyəti bərpa edilib!
Kök hüceyrə müalicəsi ilə ilk dəfə insanlarda görmə qabiliyyəti bərpa edilib!
İlk dəfə tətbiq olunan kök hüceyrə müalicəsi 4 nəfərdə görmə qabiliyyətini bərpa edib. Aparılan tədqiqatda bu 4 nəfərin hamısında ciddi buynuz qişası zədəsi olduğu və əhəmiyyətli yaxşılaşma əldə edildiyi qeyd olunub.
Alimlər bədən istiliyini enerjiyə çevirməyin yeni bir yolunu tapmış ola bilərlər!
Alimlər bədən istiliyini enerjiyə çevirməyin yeni bir yolunu tapmış ola bilərlər!
İnsan bədəni daim istilik yaradır və 1 saatda yaydığı istilik təxminən 19 kibritin yanmasına bərabərdir. Alimlər isə bu istiliyi enerjiyə çevirməyin yeni yollarını araşdırırlar.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!