main-post-cover

    Alimlər insan beyninin nə qədər sürətli bir şəkildə düşünə bildiyini ölçüblər!

    Elm & Texnologiya
    24.12.2024
    Farid Pardashunas

         Elm adamları insan beyninin nə qədər sürətli bir şəkildə düşünə bildiyini araşdırıblar. Nəticələr isə beynimizin məlumatları düşündüyümüz qədər sürətli bir şəkildə emal etmədiyini göstərib.

         Araşdırmaya əsasən insan beyni, təxminən 10 bit sabit və olduqca yavaş bir sürətlə düşünür. Bu sürətlə xəyal qurur, xatırlayır və qərar qəbul edirik. Əldə olunan nəticələr Neuron jurnalında dərc edilib. Tədqiqatçı alimlərdən biri olan neyrobioloq Markus Meister açıqlamasında insan beyninin düşündüyümüz qədər möhtəşəm olmadığını bildirib və istifadə etdiyimiz cihazlarla müqayisədə çox yavaş olduğunu deyib: “İnsan beyni əslində düşündüyümüzdən çox daha az effektivdir. Xüsusilə qərar qəbuletmə mövzularında çox yavaşdır və qarşılıqlı əlaqədə olduğumuz cihazlardan inanılmaz dərəcədə daha zəifdir”.
          Bəs kompüterlərin saniyədə trilyonlarla əməliyyat həyata keçirdiyini nəzərə alsaq, beynimiz niyə bu qədər yavaşdır? Tədqiqatçıların fikrincə, bunun səbəbi düşüncələri tək bir fayl kimi emal etməyimizdir. Bu da yavaş və uzun bir proses sırasına səbəb olur. Daha maraqlısı isə odur ki, duyğu sistemimiz saniyədə 1 milyard bit, yəni 1 gigabit sürətində məlumat toplaya bilir. Sinir sistemi bu qədər sürətli işlədiyi halda, toplanmış bu məlumatlar, cəmi 10 bitlik sürətlə işləyən idrak “kompüterlərimizdə” emal edilir. Tədqiqatçılara görə, duyğu sistemi ilə emal sürəti arasındakı bu uyğunsuzluq dərin şəkildə araşdırılmalı bir sirrdir.
         Tədqiqatlarda beynimizin sürəti fərqli fəaliyyətlər zamanı da ölçülüb. Məsələn, gözlər bağlı şəkildə Rubik kubunu həll etmək 12 bitdən bir qədər az bir sürət tələb edir. Peşəkar səviyyədə StarCraft strategiya oyununu oynasanız, beyniniz 10 bit sürətlə düşünür. Daha mürəkkəb işlərdə isə bu sürət 50 bitə qədər yüksələ bilər. Lakin gündəlik etdiyimiz əksər işlər üçün təxminən 10 bit sürət kifayət edir. Beynimizin necə işlədiyini və necə təkamül etdiyini öyrənmək, xüsusilə süni intellektin inkişafına töhfə verə bilər. Buna görə də bu mövzuda daha çox araşdırmaya ehtiyac duyulduğunu deyə bilərik.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Hər gün çay və qəhvə içməyin qırtlaq xərçəngi riskini əhəmiyyətli dərəcədə azaltdığı aşkar edilib!
    her-gun-cay-ve-qehve-icmeyin-qirtlaq-xercengi-riskini-ehemiyyetli-derecede-azaltdigi-askar-edilib
    Yeni dişlərin yetişdirilməsinə istiqamətlənmiş dərmanın testlərinə start verilib
    yeni-dislerin-yetisdirilmesine-istiqametlenmis-dermanin-testlerine-start-verilib
    Alimlər qida allergiyalarına qarşı təbii bir həll yolu kəşf ediblər!
    alimler-qida-allergiyalarina-qarsi-tebii-bir-hell-yolu-kesf-edibler
    Alimlər Dünyanın sonunun nə vaxt gələcəyini təxmin ediblər!
    alimler-dunyanin-sonunun-ne-vaxt-geleceyini-texmin-edibler
    Süni intellekt 1.5 milyard illik təkamülün sirrini ortaya çıxarıb!
    suni-intellekt-15-milyard-illik-tekamulun-sirrini-ortaya-cixarib