Alimlər, isti şəraitdə özünü soyuda bilən robot geyim hazırlayıblar!
Elm & Texnologiya
12.09.2024
Farid Pardashunas
Hong Kong Politeknik Universitetinin (PolyU) tədqiqatçıları, həddindən artıq isti şəraitdə çalışanlar üçün inqilabi bir texnologiya hazırlayıblar: Ətraf mühitin temperaturuna avtomatik uyğunlaşa bilən, nəfəs alan və istilik izolyasiyalı yumşaq robotik geyim.
Dr. Dahua Shou-nun rəhbərlik etdiyi komanda, həddindən artıq istilərin yaratdığı sağlamlıq problemlərinə effektiv həll təklif etmək üçün qeyri-adı bir geyim hazırlayıblar. Ənənəvi qoruyucu geyimlərin statik istiliyə davamlılığı həddindən artıq isti və ya mülayim hava şəraitində qeyri-adekvat qorunmaya və ya həddindən artıq istiləşməyə səbəb ola bilər. Bu yeni texnologiya, istifadəçilərinə hər şəraitdə optimal istilik rahatlığı təmin etməyi hədəfləyir.
Təbiətdəki biomimetikadan ilhamlanan tədqiqatçılar, göyərçinlərin lələklərindən istifadə edərək istilik itkisini necə tənzimlədiyinə diqqət yetiriblər. Hazırlanmış yumşaq robot parça, insan bədəninə bənzər ekzoskelet kimi dizayn edilib və tərkibində toksik olmayan, alışmayan, aşağı qaynama nöqtəli bir mayeyə sahib yumşaq ötürücülər (tətik mühərriki) var. Ətraf mühitin temperaturu artdıqda, maye qaza çevrilir, bu da ötürücülərin genişlənməsinə və parçanın qalınlaşmasına səbəb olur. Bu, hava boşluğunu artıraraq istilik müqavimətini 2 qat artırır.
Aparılan testlərdə, xarici səthin temperaturu 120°C-ə çatdıqda belə, qoruyucu geyimin iç səthinin istiliyini ənənəvi istiliyədavamlı geyimlərlə müqayisədə ən az 10°C daha aşağı saxladığı müşahidə edilib. Bundan əlavə, məsaməli toxuma quruluşu yüksək nəm keçiriciliyi təmin edərək istifadəçinin rahatlığını artırır. Termoelektrik çiplər və ya sirkulyasiya edən maye soyutma sistemləri tələb etməyən bu yüngül və yumşaq robot kostyum, heç bir enerji sərfiyyatı olmadan temperaturu effektiv şəkildə tənzimləyə bilir. Dr. Shou bildirir ki, bu yenilikçi texnologiya, aktiv geyimdən qış paltolarına, səhiyyə sənayesindən tikinti sənayesinə qədər çox müxtəlif sahələrdə istifadə edilə bilər. Komanda şişmə, nəfəs ala bilən gödəkçələr və isti paltarlar hazırlamaq üçün eyni texnologiyadan istifadə etməyi hədəfləyir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Süd Yolu qalaktikasının mərkəzindəki nəhəng qara dəliyin necə əmələ gəldiyi kəşf edilib!
Süd Yolu qalaktikasının mərkəzindəki nəhəng qara dəliyin necə əmələ gəldiyi kəşf edilib!
Süd Yolu qalaktikasının mərkəzindəki superkütləli qara dəlik olan Sgr A*-nın 9 milyard il əvvəl qalaktikaların birləşməsindən əmələ gəldiyi aşkar edilib.
Alimlər, antibiotiklərin niyə təsir etmədiyinə dair həll yolu axtarırlar!
Alimlər, antibiotiklərin niyə təsir etmədiyinə dair həll yolu axtarırlar!
Son illərdə antibiotik müqavimətinin sürətlə artması bakterial infeksiyaların müalicəsini çətinləşdirir, bu da xəstəliklərin yayılma riskini, ağır xəstəlikləri və ölüm hallarını artırır. Bir zamanlar möcüzə dərman hesab edilən antibiotiklər, bakteriyaların davamlı olaraq təkamül etməsi nəticəsində təsirini itirməyə başlayıb və elm adamları, bu problemə həll yolu axtarırlar.
Robotları daha sürətli və güclü edən elektro-hidravlik əzələ sistemi hazırlanıb! (VİDEO)
Robotları daha sürətli və güclü edən elektro-hidravlik əzələ sistemi hazırlanıb! (VİDEO)
Müasir robotların çoxu yerimək üçün motorlara güvənirlər. Bununla belə, elektro-hidravlik əzələ sistemi ilə robotların elektrik mühərrikləri yerinə əzələlərdən güc aldıqları yeni bir dövr başlayır.
Çinin super radarı, piramidaların üzərində plazma qabarcığı aşkar edib!
Çinin super radarı, piramidaların üzərində plazma qabarcığı aşkar edib!
Çinli alimlər, dünyanın ən güclü radarından istifadə edərək həm Misir piramidaları, həm də Midway adaları üzərində demək olar ki, eyni vaxtda plazma qabarcıqlarının göründüyünü aşkar ediblər.
Alimlər, insan dərisini görünməz hala gətirən elmi kəşf ediblər! (VİDEO)
Alimlər, insan dərisini görünməz hala gətirən elmi kəşf ediblər! (VİDEO)
Texas Universitetindən elm adamları, adi bir qida boyası istifadə edərək siçanların dərisini şəffaf etməyi bacarıblar. Market rəflərində gördüyümüz bu qida boyası, elm dünyasında inqilabi bir kəşfə yol açıb.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!