Logo
    main-post-cover

    Alimlər kosmosda quyruqlu bir planet kəşf ediblər!

    Elm & Texnologiya
    16.12.2024
    Farid

         Alimlər çox uzun bir quyruğu olan ekzoplanet kəşf ediblər. Planetin quyruğunun uzunluğu Yer ilə Ay arasındakı məsafənin 1.5 misli qədərdir.

         Astronomlar 164 işıq ili uzaqlıqdakı bir ulduzun orbitində yerləşən WASP-69 b adlı yeni bir ekzoplanet kəşf ediblər. Bu planetin maraqlı cəhəti isə bir "quyruğa" sahib olmasıdır. Aşağıdakı şəkildən də gördüyünüz kimi WASP-69 b-nin çox uzun bir quyruğu var. Bu quyruq, planetin hidrogen helium hissəciklərindən ibarət atmosferini tədricən itirməsi və planetdə əsən güclü ulduz küləklərinin təsiri ilə yaranır. Beləliklə, planet quyruqlu ulduza bənzəyir.
         WASP-69 b-nin isti bir Yupiter olduğunu deyə bilərik, yəni Yupiterin kütləsinə yaxın bir qaz nəhəngi. Onun mövqeyi isə 164 işıq ili uzaqlıqdakı Aquarius (Dolça) bürcündə yerləşən bir ulduzun orbitidir. Ekzoplanet bu ulduzun ətrafında çox yaxın bir məsafədə dövr edir. Bu səbəbdən temperaturu sürətlə artır. Ulduzdan yayılan radiasiya isə qazların buxarlanmasına və planetin arxasında iz buraxan görüntüyə səbəb olur.
         Alimlər ekzoplanetin saniyədə təxminən 200 min ton qaz itirdiyini ehtimal edirlər. Bundan başqa, 1 milyard il ərzində itirdiyi kütlənin bir Yer kütləsinə bərabər olduğunu və buna görə atmosferdəki qazın heç vaxt tamamilə bitməyəcəyini söyləyirlər. Onu da qeyd edək ki, bu ekzoplanetin ümumi kütləsi bizim planetimizin kütləsindən 90 dəfə daha çoxdur. Alimlərin hesablamalarına görə, bu quyruğun uzunluğu təxminən 563 min 270 kilometrdir. Bu da Yer ilə Ay arasındakı məsafənin təxminən 1.5 mislinə bərabərdir.
    Paylaş
    Bənzər xəbərlər
    kosmik-seyahet-nuve-enerjisi-ile-isleyen-plazma-raketi-ile-inqilab-ede-biler
    Elm & Texnologiya

    Kosmik səyahət nüvə enerjisi ilə işləyən plazma raketi ilə inqilab edə bilər!

    Yüksək sürətli kosmik səyahətlər üçün VASIMR adlı raket sistemini inkişaf etdirən Ad Astra, qarşılaşdığı enerji problemlərini həll etmək məqsədilə SpaceNukes ilə əməkdaşlıq edib. Bu, kosmosda inqilab yarada bilər.
    cern-de-kainatin-yaranmasi-ile-bagli-yeni-boyuk-bir-kesf-edilib
    Elm & Texnologiya

    CERN-də kainatın yaranması ilə bağlı yeni böyük bir kəşf edilib!

    CERN-in Böyük Adron Sürətləndiricisi (LHC) kainatın yaranışı ilə bağlı mühüm sirri açıb. Alimlər ən ağır antimaddə olan antihiperhelium-4-ü aşkarlayıblar. Bu kəşf, bizi maddə ilə antimaddənin bərabər olduğu bir mühitdə niyə yalnız maddənin qaldığını anlamağa bir addım daha yaxınlaşdırır.
    nasa-kosmosun-daha-once-hec-gorulmemis-mohtesem-goruntulerini-paylasib
    Elm & Texnologiya

    NASA kosmosun daha öncə heç görülməmiş möhtəşəm görüntülərini paylaşıb!

    NASA-nın NEOWISE kosmik teleskopu əvvəllər görülməmiş kosmos görüntülərini paylaşıb. Alimlər ömrünü başa vuran bu kosmik aparatın topladığı məlumatlardan daha çox məlumat əldə etməyi ümid edirlər.
    yeni-arasdirmalara-esasen-venera-planeti-haqqinda-bildiklerimiz-yanlis-ola-biler
    Elm & Texnologiya

    Yeni araşdırmalara əsasən, Venera planeti haqqında bildiklərimiz yanlış ola bilər!

    Yeni bir araşdırma ilə Veneranın sirrləri ortaya çıxarılarkən planetin heç vaxt yaşayış üçün əlverişli bir yer olmadığı müəyyən edilib. Alimlər planetdə maye suyun olmadığını bildirirlər.
    1-ili-8-saata-beraber-olan-maraqli-bir-planet-demiri-buxarlasdiracaq-qeder-isti-sethe-sahibdir
    Elm & Texnologiya

    1 ili 8 saata bərabər olan maraqlı bir planet: Dəmiri buxarlaşdıracaq qədər isti səthə sahibdir!

    "GJ 367 b" adlanan kiçik və eyni zamanda olduqca isti bir planetdə 1 il cəmi 8 saatdan ibarətdir. Üstəlik, onun maraqlı xüsusiyyətləri bununla bitmir.