
Alimlər kvant kompüterləri sahəsində bir ilkə imza atıblar
Elm & Texnologiya
07.05.2017
Farid
Dəfələrlə proqramlaşdırılması mümkün olan yığcam kvant kompüteri Merilend Universitetini mütəxəssisləri tərəfindən hazırlanıb.
Technote.az-ın "Nature” mənbəsinə istinadən verdiyi xəbərə əsasən
kompüterin iş prinsipini onun sisteminin texniki səviyyədə yenidən qurmağa
ehtiyac qalmadan dəyişmək mümkündür. İnnovasiyalı kvant kompüteri 5 kubitdən
(kvant kompüterlərində məlumatların saxlanması üçün nəzərdə tutulmuş ən xırda element) ibarətdir.
Onlar eyni anda həm yaddaş həcmi həmdə ki, hesablayıcı elementlər rolunda çıxış
edirlər. Kubitlər ion tələ vasitəsilə saxlanılır və lazerlər vasitəsilə idarə
olunurlar. Alimlər bildiriblər ki, kompüter müxtəlif kvant alqoritmlərini yerinə
yetirməyə qadirdir. Bir alqoritmdən digərinə keçmək üçün kompüterin quruluşunda
dəyişiklik etməyə ehtiyac yoxdur. Edilmiş hesablamaların dəqiqliyi 98% təşkil
edir. Müasir kvant kompüterləri üçün bu göstərici çox yüksəkdir. Mütəxəssislər
qeyd ediblər ki, gələcəkdə bu kompüteri irimiqyaslı etmək olacaq. Beləliklə adi
kompüterlərin daha çətin hesablamalara sərf etdikləri aylar və hətda illər
kvant kompüteri sayəsində saatlarla əvəz olunacaq.
Paylaş
Bənzər xəbərlər