Alimlər, Qrenlandiya və Kanada arasında yeni qitə kəşf ediblər!
Elm & Texnologiya
24.07.2024
Farid Pardashunas
Tədqiqatçılar, bölgədəki plitələrin tektonik hərəkətlərini araşdırarkən, Kanada ilə Qrenlandiya arasında yerləşən Devis boğazının altından 400 kilometr uzunluğunda bir quru parçası aşkar ediblər.
Kanada və Qrenlandiya arasındakı ilk çatlamalar təxminən 118 milyon il əvvəl başlayıb, lakin qitə 61 milyon il əvvəl meydana gəlib. Dr. Jordan Phethean, açıqlamasında “Yırtılma və mikrokontinentin formalaşması, şübhəsiz ki, davam edən hadisələrdir. Hər zəlzələ ilə biz növbəti mikrokontinentin parçalanmasına doğru gedirik” sözlərini ifadə edib. Tədqiqatçılar, yeni tapılan Davis Boğazı proto-mikrokontinentinin, bir qitədən qopmuş tektonik blok olduğunu və Qrenlandiya ilə Şimali Amerika arasında uzunmüddətli çatlamalar və dəniz dibinin yayılması nəticəsində əmələ gəldiyini bildirirlər. Komanda, proto-mikrokontinentin təxminən 118 milyon il əvvəl ölkə ilə Kanada arasındakı tektonik hərəkətlərin onu 2 yerə bölməsindən sonra Qrenlandiyadan ayrıldığını iddia edir.
Tədqiqatçılar, cazibə xəritələrindən, seysmik əksetmə məlumatlarından və plitə tektonikası modelləşdirməsindən alınan yer qabığının qalınlığı məlumatlarının birləşməsindən istifadə edərək yeni mikrokontinenti müəyyən ediblər. Qrup, təxminən 30 milyon il davam edən tektonik hərəkətlərin yenidən qurulması nəticəsində yer qabığının anomaliyasının necə meydana gəldiyinə diqqət yetirib. Proto-mikrokontinentin digər mikroqitələrdən daha böyük olduğunu və qalınlığının 17-22 kilometr arasında olduğunu bildirən tədqiqatçılar, onun necə əmələ gəldiyinin anlaşılmasının bu gün də davam edən elm üçün həyati əhəmiyyət daşıdığını bildiriblər.
Proto-mikrokontinentlər, Yerin xarici qabığının bir neçə tektonik plitələrə (qaya plitələrinə) bölünmüş hissəsi olan kontinental litosferin bir parçasıdır. Yer səthindən təxminən 80-190 kilometr aşağıda qızdırılan və sonra əriyən süxurun hərəkət etməsinə şərait yaradan yarı maye qaya təbəqəsi var. Bu hərəkət, tektonik plitələri itələyir, onların milyonlarla il bir-birinə sürtünməsinə səbəb olur, nəticədə zəlzələlər və vulkan püskürmələri baş verir. Bu baş verdikdə, quru kütləsi daha böyük qitələrdən ayrılaraq öz proto-mikrokontinentini meydana gətirir. Təxminən 3 milyon il sonra elm adamları, dəniz dibinin şimal-şərq-cənub-qərbdən şimal-cənub istiqamətində yayıldığını və Davis boğazının proto-mikrokontinentindən ayrıldığını bildiriblər. Bu dəyişiklik təxminən 33 milyon il davam edib və Qrenlandiyanın şimalında yerləşən Ellesmir adası ilə toqquşma ilə başa çatıb. Tədqiqatçılar ümid edirlər ki, onların tapıntıları İslandiyanın şimal-şərqindəki Jan Mayen mikrokontinenti və Qərbi Avstraliya sahillərindəki Gulden Draak təpəsi də daxil olmaqla, dünyanın digər proto-mikrokontinentlərinin necə formalaşdığını anlamaq üçün istifadə edilə bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Yer ilə Ay arasında məlumat axını üçün "magistral yol" çəkiləcək!
Yer ilə Ay arasında məlumat axını üçün "magistral yol" çəkiləcək!
Həqiqətən də Yerlə Ay arasında magistral yol çəkiləcək, lakin burada avtomobil yollarından deyil, informasiya şəbəkələrindən istifadə olunacaq. Elm adamları, təklif olunan informasiya magistralı üçün 30 peykdən istifadə etməyi planlaşdırır.
Venerada həyat əlaməti ola biləcək elementlər aşkar edilib!
Venerada həyat əlaməti ola biləcək elementlər aşkar edilib!
Alimlər, Günəş sisteminin ikinci planeti və planetlərin ən istisi olan Veneranın atmosferinin dərinliklərindəki buludlarda həyat əlaməti ola biləcək fosfin və ammonyak kimi elementləri aşkar ediblər.
Qalaktikamızın mərkəzində nadir tapılan yeni qara dəlik kəşf edilib!
Qalaktikamızın mərkəzində nadir tapılan yeni qara dəlik kəşf edilib!
Qalaktikamızın mərkəzində kainatdakı ən nadir qara dəlik növlərindən biri olan yeni ara kütləli qara dəlik aşkar edilib. Yeni kəşf edilən qara dəliyin təfərrüatları bunlardır...
Dünyanın ilk karbon nanoboru tenzor prosessor çipi hazırlanıb!
Dünyanın ilk karbon nanoboru tenzor prosessor çipi hazırlanıb!
Çin, dünyada ilk karbon nanoboru əsaslı tenzor prosessor çipini (TPU) hazırlayıb. Pekin Universitetinin Elektronika Fakültəsinin Karbon Əsaslı Elektronika Tədqiqat Mərkəzindən Peng Lianmao və Zhang Zhiyong-un rəhbərlik etdiyi komanda, bu böyük uğura nail olub.
Elm adamları, qənd ağırlığında mikro uçuş aparatı hazırlayıblar! (VİDEO)
Elm adamları, qənd ağırlığında mikro uçuş aparatı hazırlayıblar! (VİDEO)
Çinli alimlər, günəş enerjisi ilə işləyən ən kiçik və ən yüngül uçuş aparatını hazırlayıblar. Yeni uçuş aparatı, insanın ovucuna sığacaq qədər balacadır və günəş üzərinə düşdüyü müddətcə uça bilir.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!