
Alimlər radioaktiv tullantılardan atom batareyası hazırlayıblar
Elm & Texnologiya
06.03.2025
Emil
Ohayo Ştat Universitetinin tədqiqatçıları radioaktiv tullantıların utilizasiyası üçün perspektivli bir üsul təklif ediblər. Bu yanaşma eyni anda iki problemi həll edə bilər. Təhlükəli materialların təhlükəsiz idarə olunması və uzun ömürlü enerji mənbələrinin yaradılması. Hazırda radioaktiv tullantılar xüsusi şəraitdə saxlanılır ki, bu da böyük xərclər və mürəkkəb infrastruktur tələb edir. Lakin bu tullantılar avtonom sistemlər üçün enerji mənbəyi kimi istifadə oluna bilər. Məlumdur ki, qamma şüalanması müəyyən materiallarla qarşılıqlı təsirə girdikdə qısa müddətli lümenesensiya (scintillator / işıqlanma) hadisəsi baş verir.

Yüksək enerjili fotonlar atomlardakı elektronları həyəcanlandıraraq onları yüksəldilmiş enerji səviyyəsinə keçirirlər. Elektronlar öz başlanğıc vəziyyətinə qayıtdıqda isə fotonlar buraxılır. Bu fotonlar fotoelektrik elementlər vasitəsilə elektrik cərəyanına çevrilə bilər. Alimlər radioaktiv tullantıları qamma şüalanma mənbəyi kimi istifadə etməyi təklif ediblər. Bundan əlavə, işlək atom elektrik stansiyalarında (AES) yaranan "sərbəst" qamma şüalanmasını da tutmaq mümkündür. Əsas vəzifə qısa müddətli lümenesensiya materialını və fotoelektrik elementini birləşdirən effektiv batareya hazırlamaqdır.
Ohayo Ştat Universitetinin tədqiqatçıları bu konsepsiya əsasında bir prototip hazırlayıblar. Cəmi 4 sm³ həcmində olan sınaq nümunəsində qısa müddətli lümenesensiya kristalları və kadmium-tellurid (CdTe) əsaslı Şotki diodu ilə işləyən fotoelektrik element yer alıb. Qamma şüalanma mənbəyi kimi sezium-137 və ya kobalt-60 izotopları istifadə olunub - bunlar radioaktiv tullantılarda ən çox rast gəlinən elementlərdir. Ohayo Ştat Universitetinin nüvə reaktorları laboratoriyasında aparılmış sınaqlar ümidverici nəticələr göstərib. Sezium-137 əsaslı batareya 0.288 mikrovat, kobalt-60 isə 1.5 mikrovata qədər enerji istehsal edib, bu isə mini sensorların enerji təminatı üçün kifayətdir.

Bu texnologiya nüvə tullantılarının emalı üçün yeni imkanlar açaraq onları problemdən enerji mənbəyinə çevirir. "Biz adətən tullantı hesab edilən materialları toplayır və onları dəyərə çeviririk" - deyə tədqiqatçılar bildiriblər. Lakin alimlər etiraf edirlər ki, bu texnologiyanın genişmiqyaslı tətbiqindən hələ uzaqdırlar. Əsas çətinliklər istehsalın genişləndirilməsi və batareyaların çıxış gücünün artırılması ilə bağlıdır. Buna baxmayaraq, tədqiqatlar davam edir və gələcəkdə bu cür cihazlar avtonom enerji sistemlərinin inkişafında mühüm addım ola bilər.
Mənbə: Techspot
Paylaş
Bənzər xəbərlər

Elm & Texnologiya
Qaranlıq materiyanın ömür müddəti təyin edilib
Yaponiyalı alimlər komandası qaranlıq materiya axtarışlarında irəliləyiş əldə edib. Yeni spektroqrafiya texnologiyası və Magellan teleskopları vasitəsilə cəmi 4 saatlıq müşahidə mühüm nəticələr verib.

Elm & Texnologiya
Dünyada ilk dəfə insan beyin hüceyrələrinə əsaslanan biokompüter təqdim edilib
Avstraliyanın Cortical Labs şirkəti dünyada ilk dəfə insan neyronları ilə silisium çiplərini birləşdirən kommersiya məqsədli "bioloji kompüter" - CL1-i təqdim edib.

Elm & Texnologiya
Astronomlar kosmosda qəribə dairəvi obyektləri kəşf ediblər
Radioastronomlar adi gözlə görünməsi mümkün olmayan obyektləri müşahidə edə bilirlər, çünki radioteleskoplar işıq deyil, radiodalğaları qeydə alırlar. Bu texnologiyadan istifadə edərək ASKAP radioteleskopu kosmosda çoxlu qəribə dairəvi obyektlər aşkar edib.

Elm & Texnologiya
Kainatda suyun nə zaman formalaşdığı təxmin edilib
Kainat hələ də bir çox sirrləri özündə saxlayır, bunlardan biri də qaranlıq materiyanın təbiətidir. Eyni zamanda alimlər suyun kosmosda nə zaman əmələ gəldiyini dəqiq anlamağa çalışırlar.

Elm & Texnologiya
Saturnun peyki Enselad səthaltı okeana sahib olmaya bilər
Saturnun ən məşhur peyklərindən biri olan Enseladın səthi qalın buz təbəqəsi ilə örtülüb. Alimlər bu buz qatının altında maye halında səthaltı okeanın mövcud ola biləcəyini düşünürlər. Bu nəzəriyyəyə ilk işarə 2005-ci ildə peyk səthindəki çatlardan çıxan su buxarı geyzerlərinin kəşfi olub.
Ən çox oxunanlar

Google Pixel 9a-nın reklam fotoları təqdim edilib
