Alimlər süni intellektdən istifadə edərək qoxuları "teleportasiya" etməyi bacarıblar!
Elm & Texnologiya
01.11.2024
Farid Pardashunas
Keçmiş bir Google mühəndisi tərəfindən qurulan süni intellekt startapı Osmo, qoxunu rəqəmsallaşdıraraq başqa yerə ötürməyi bacarıb.
Keçmişdə Google-ın süni intellekt layihələrinə rəhbərlik edən və 2022-ci ildə öz süni intellekt startapı Osmo-nu quran Alex Wiltschko və komandası diqqətçəkən bir işə imza atıb. Mühəndislərdən ibarət olan komanda, qoxunu rəqəmsal hala gətirib, başqa yerdə yenidən yaratmağı bacarıb. Qoxunun rəqəmsallaşdırılması və başqa yerə ötürülməsi elm adamlarının uzun müddətdir üzərində işlədikləri mövzulardan biri idi. Məhz Osmo bu məqsədə çatmaq üçün süni intellektdən istifadə edib və açıqlamalara əsasən uğur əldə olunub.
Osmo komandasının layihəsi hər hansı bir əşyanın qoxusunu süni intellektin dəstəyi ilə rəqəmsallaşdırır. Aparılan molekulyar təhlillər, ikinci mərhələdə isə sintez üçün istifadə olunur. Üstəlik, bu prosesdə insan müdaxiləsinə ehtiyac olmur. Bütün bu işlərin nəticəsində laboratoriyada alınan qoxu başqa bir yerdə sintez edilmiş olur. Komanda bu işi "qoxunun teleportasiyası" kimi xarakterizə edir.
Osmo, bu ilin əvvəlində elan etdiyi layihəni hər ay bir az daha irəliyə aparmağa davam etdiyini bildirir. Açıqlamaya görə, komanda hazırladığı sistemi hər ay daha da sürətləndirir, avtomatlaşdırır və hətta daha mürəkkəb qoxular sintez etmək üçün üzərində işləyir. Görək, aparılan işlər sonda bizləri hansı nəticəyə gətirib, çıxaracaq.
Linki kopyala
elmi xeber
elmi araşdırma
Scientific news
artificial intelligence
science news
science
elmi xeberler
osmo
osmo startup
scent teleportation
smell
suni zeka
suni intellekt
Bənzər xəbərlər
Oxşar xəbərlər
ChatGPT-yə axtarış düyməsi əlavə edilib!
ChatGPT-yə axtarış düyməsi əlavə edilib!
Süni intellekt həyatımızın daha çox sahəsinə daxil olduqca istifadəçi təcrübəsini artırmaq üçün yeni funksiyalar əlavə edilir. Bu kontekstdə artıq ChatGPT istifadəçiləri keçmiş söhbətləri açar sözlərlə axtara biləcəklər.
Linux-un atası Torvalds-ın sözlərinə görə, süni intellektin 90%-i marketinq, 10%-i isə reallıqdır!
Linux-un atası Torvalds-ın sözlərinə görə, süni intellektin 90%-i marketinq, 10%-i isə reallıqdır!
Texnologiya dünyasının önəmli simalarından olan Linus Torvalds, süni intellekt haqqındakı düşüncələrini açıqlayıb. Linux-un yaradıcısı süni intellektin böyük bir hissəsinin sadəcə marketinq şişirtməsindən ibarət olduğunu düşünür.
Google-dakı yeni kodların dörddə birinin süni intellekt tərəfindən yazıldığı açıqlanıb!
Google-dakı yeni kodların dörddə birinin süni intellekt tərəfindən yazıldığı açıqlanıb!
Google-un son rüblük qazanc hesabatında CEO Sundar Pichai, şirkətin süni intellektə və mövcud xidmətlərinə münasibəti ilə bağlı açıqlamalar verib.
Süni zəka hər il milyonlarla ton elektron tullantının formalaşmasına səbəb olacaq
Süni zəka hər il milyonlarla ton elektron tullantının formalaşmasına səbəb olacaq
İsrailin Reichman Universitetinin mütəxəssislərinin sözlərinə əsasən generativ süni zəkaya olan aşırı maraq özündə müəyyən mənfi nəticələri birləşdirir.
Kosmosda mövcudluğu qeyri-mümkün olan 1.3 milyard işıq ili ölçülü struktur kəşf edilib
Kosmosda mövcudluğu qeyri-mümkün olan 1.3 milyard işıq ili ölçülü struktur kəşf edilib
Alimlər Yer kürəsindən 6.9 milyard işıq ili uzaqlığında yerləşən nəhəng kosmik strukturu kəşf ediblər. Qalaktikalardan təşkil edilmiş bu nəhəng kosmik struktur formaca halqaya bənzəyir.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!