Logo
    main-post-cover

    Alimlər süni neyronlar yarada biliblər

         Alimlər bioloji neyronlara uyğun elektrik funksiyalarına malik süni neyronlar yaratdıqlarını bildirirlər. Bu nailiyyət neyrodegenerativ xəstəliklərin, iflicin və beyin neyronlarının ölümü ilə bağlı digər vəziyyətlərin müalicəsini dəyişdirə bilər. Massaçusets Universitetinin komandası elə süni neyronlar yaradıb ki, onlar yalnız həqiqi neyronların davranışını təqlid etmir, həm də ölçü, enerji sərfiyyatı, siqnal gücü, zamanlama və kimyəvi siqnallara cavab baxımından onlara tam uyğun gəlir. Bu irəliləyiş hesablama texnologiyalarını və tibbi sahəni dəyişə bilər. “Əvvəlki süni neyron versiyaları bizim indi yaratdıqlarımızdan 10 dəfə çox gərginlik və 100 dəfə çox enerji sərf edirdi” - deyə işin həmmüəllifi Jun Yao bildirib.
         İndi isə alimlər yalnız yüksək enerji sərfiyyatı problemini həll etməyib, həm də süni neyronları real hüceyrələrə heç bir zərər vermədən qoşmağı bacarıblar. Yeni az enerji sərf edən neyronun sirri elektrik istehsal etmək qabiliyyətinə də malik olan Geobacter sulfurreducens bakteriyasından sintez edilmiş zülal nanotelində gizlənir. Müəlliflər vurğulayırlar ki, hələlik yalnız prototip yaradılıb və sistem orqanizm daxilində sınaqdan keçirilməyə hazır deyil. Bununla belə, tətbiq perspektivləri genişdir: pasiyentlərdə zədələnmiş beyin zəncirlərinin əvəzlənməsi, texnologiyanın beyin-kompüter interfeyslərinin təkmilləşdirilməsi üçün istifadəsi, həmçinin hesablama texnologiyalarının gücləndirilməsi imkanları nəzərdən keçirilir.
    Paylaş