main-post-cover

    AMD, dünyanın ilk 64 nüvəli prosessorunu təqdim etdi: Ryzen 3990X

    Elm & Texnologiya
    08.01.2020
    Nijat Hamid
            AMD çox nüvəli prosessorları ilə ekosistemdə ciddi yeniliklər etdi. Şirkətin 2020-ci il üçün nəzərdə tutduğu və dünyanın ilk 64 nüvəli prosessoru Ryzen 3990X CES 2020 sərgisində təqdim olundu. Bu prosessor 128 iş parçacığına malikdir. Qeyd edək ki, bu prosessor Threadripper seriyasına malik prosessordur. Yəni oyunlardan daha çox professional işlər üçün nəzərdə tutulub.

    AMD ən güclü prosessorunu CES 2020-də təqdim etdi. Ryzen 3990X ekosistemdəki ən güclü və ən çox nüvəya malik olan prosessordur.

            Qeyd etdiyimiz kimi prosessorun 64 nüvəsi128 iş parçacığı var. Nüvələr normal halda 2.9 Ghz tezlikdə işləyərkən, yük altında tezlik 4.3 Ghz-ə qədər yüksələ bilir. Bu prosessorun işləməsi üçün 280 TDP dəyərində bir enerji lazımdır. Anlaşıldığı kimi bu prosessor çox enerji istifadə edir. Həmçinin ekosistemdəki ən böyük həcmli keş yaddaşa malikdir. L3 keş yaddaşı 288 Mb olduğu üçün proqramları daha sürətli açır, render işlərini daha tez yerinə gətirir. 
            Ryzen 3990X prosessoru İntel-in ən güclü prosessoruna nəzərən 86% daha sürətli qrafiki işləmə performansı, 51%- qədər daha çox məhsuldarlığ vəd edir. Rəqibindən dəfələrlə ucuz satılan bu prosessor 3990 Dollara 7 Fevralda satışa çıxacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər