
Amerikalı alim fəzanı 3 zaman oxu ilə əvəz etməyi təklif edib
Elm & Texnologiya
23.06.2025
Emil
Bəs əgər bizim kainat üçölçülü məkan və zamandan ibarət deyilsə, əksinə, hər şey üç ayrı vaxt ölçüsündən yaranırsa? Yeni bir araşdırma kainatın quruluşu ilə bağlı qeyri-adi bir ideya irəli sürür. Ənənəvi olaraq qəbul edilmiş üç məkan və bir zaman ölçüsü əvəzinə, alimlər təklif edirlər ki, əslində kainatın təməlində üç zaman ölçüsü dayanır. Məkan isə bu zaman ölçülərinin xüsusiyyətlərindən yaranan törəmədir. Bu nəzəriyyəni Alyaska Universitetindən fizik Gunther Kletetschka irəli sürüb. O, zamanı tək bir düz xətt kimi deyil, üç müstəqil istiqamətə malik üçölçülü bir sistem kimi təfəkkür etməyi təklif edir.

Model 6 ox üzərində qurulub: Üçü zaman, üçü isə məkana aiddir. Lakin bu nəzəriyyədə əsas rol zamanı təşkil edir, məkan isə yalnız onun nəticəsi kimi meydana gəlir. Kletetschka, hissəciklərin və qüvvələrin məhz üçölçülü zaman məkanında qarşılıqlı təsir göstərdiyi bir riyazi model hazırlayıb. Bu model hissəciklərin real xüsusiyyətlərini, məsələn, onların kütlələrini təkrarlaya bilib. Kletetschka-nın hesablamaları elektronlar, müonlar və kvarklar kimi hissəciklərin kütlələri üçün müşahidə edilən göstəricilərə yaxın nəticələr göstərir. Bu isə onu göstərir ki, nəzəriyyə sadəcə abstrakt deyil, real ölçmələrlə də bağlıdır.
Daha əvvəl zamana əlavə ölçülər əlavə etmək cəhdləri olmuşdu, lakin bu yanaşmalar əsasən nəzəri səviyyədə qalıb və çox vaxt məntiqi problemlərə, məsələn, səbəb-nəticə əlaqələrinin pozulmasına gətirib çıxarırdı. Əvvəlki ideyalardan fərqli olaraq, təklif olunan model hadisələrin hər üç zaman ölçüsündə ardıcıllığını qoruyacaq şəkildə qurulub. Bu, məntiqi paradoksların qarşısını almağa və baş verənlərin ardıcıllığını saxlamağa kömək edir. Bu işin əsas fərqi ondan ibarətdir ki, bu sadəcə bir fərziyyə deyil, konkret proqnozlar verən və xüsusilə hissəciklərlə aparılan təcrübələrdə və kosmologiyada praktik olaraq yoxlana bilən bir nəzəriyyədir.
Mənbə: Interesting Engineering
Paylaş
Ən çox oxunanlar

Azərbaycanda reklam bazarında innovativ inqilab: AdGo rəqəmsal platforması istifadəyə verildi!
