main-post-cover

    Amerikalı şəxsə öz MacBook-u ilə nikah qurmağa icazə verilmədi

    Elm & Texnologiya
    03.06.2017
    Emil Nəcəfov

    Yuta ştatının baş prokurorunun ofisi, məhkəməni, keçmiş hərbçi Chris Sevier-in öz MacBook-u ilə evlənməsi cəhdinə əsasən yazdığı iddia ərizəsini ləğv etməyə çağırıb.

    Özünün 24 səhifəlik iddia ərizəsində Sevier, homoseksual cütlüklərin ailə qurmalarına yönəlik qanuna əsaslanır. Sevier-in sözlərinə görə bu qanun, baxmayaraq ki, homoseksual nikah iştirakçılarının müvafiq cinsi orqanlara sahib olmamaları təqdirdə də həmin nikahlara icazə verir. Onun fikrincə qanunvericilik, insana onun sevgi marağını əks etdirən digər obyektlərlə nikah qurmağa icazə verməlidir. “Kompüter ilə və ya bir neçə partnyor ilə nikah, konstitusiya tərəfindən qorunan hüquqlar deyil. Bundan əlavə olaraq əgər bunun əksi olsaydı, onun kompüteri 15 yaşına çatmayıb. Beləliklə o, Yuta ştatının qanunlarına əsasən nikah üçün azyaşlıdır” – deyə Yuta ştatının baş prokurorunun köməkçisi bildirib. Chris Sevier hal hazırda Yuta ştatının qubernatoru, baş prokuroru və dairə katibi ilə məhkəmə prosesindədir. O, bir neçə müddət bundan öncə eynicinsli nikahların qanun tərəfindən tanınmasına istinad edərək kompüter ilə nikahların da icazəsini tələb edir. Sevier daha əvvəllərdə müxtəlif ştatlarda buna oxşar məhkəmə proseslərində uduzub. 2013-cü ildə isə o, “Apple” şirkətinin onun nikahını məhv etməsi ittihamı ilə şirkəti məhkəməy vermişdi.
    Linki kopyala