main-post-cover

    Ana vəfat etmiş qızı ilə virtual reallıqda görüşdü (VİDEO)

    Elm & Texnologiya
    11.02.2020
    Farid Pardashunas
        Black Mirror serialının ikinci sezonunun birinci seriyasında dul qadın vəfat etmiş həyat yoldaşını klonlaşdırılmış android vasitəsilə geri qaytarır. Lakin ilk öncə hesab olunan sevinc hissi sonda kədər ilə sonlanır. İlk baxışdan bu cür fantastik ssenari reallıqdan heç də uzağa getməyib. Belə ki, Cənubi Koreyada reallaşdırılmış xüsusi layihə çərçivəsində bir anaya vəfat etmiş qızını bir daha görmək imkanını verib. Daha doğrusu öz qıznın virtual kopyasını.
        Bu barədə 4pda saytı xəbər verib. MBCDocumentary kanalı tərəfindən təqdim edilmiş video artıq 9 milyondan çox baxış sayı yığaraq internet istifadəçilərini təsirləndirib. Təqdim edilmiş videoda mütəxəssislərdən ibarət qrup öz qızını itirmiş ananın bir dəfə də qızını görməyə yardımçı olublar. Təbii ki, söhbət əsl görüşdən getmir. Ana öz vəfat etmiş qızını virtual reallıqda görüb. Mütəxəssislər Nayeon adlı vəfat etmiş qızın rəqəmsal versiyasını yarada biliblər.
        Bundan əlavə olaraq onlar qızın səsini də sintez edə biliblər. Beləliklə ana öz qızını görməkdən əlavə onunla qarşılıqlı əlaqədə ola bilib. Qızın virtual kopyasının və virtual reallıqda olan ətraf mühitin yaradılması üçün mütəxəssislər 8 ay vaxt sərf ediblər. Kimisi bu videodan şoka düşə bilər. Lakin mütəxəssislər əmindirlər ki, yaxın gələcəkdə bu cür texnologiya artıq norma olacaq. Bununla belə insanların virtual kopyaları neyroşəbəkələr vasitəsilə yaradılacaq. Bunu üçün isə neyroşəbəkələr vəfat etmiş insanların şəkillərindən və videolarından istifadə edəcəklər. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər