Analitiklər: Yaxın illərdə saniyədə 100-300 Mbit internet sürəti istifadəçilərə kifayət edəcək

Analitiklər: Yaxın illərdə saniyədə 100-300 Mbit internet sürəti istifadəçilərə kifayət edəcək

Texnologiya
24.05.2021 PAYLAŞIM

    Strategy Analytics şirkətinin analitiklərinin sözlərinə əsasən Nilsen qanunu artıq çalışmır. Qeyd etmək lazımdır ki, bu qanuna əsasən adi istifadəçilər üçün olan internet bağlantısının sürəti hər il 50% yüksəlir. Analitiklərin fikirlərinə əsasən son 10 ildə internet bağlantısı məsələsində müşahidə edilmiş sürət yüksəlişini yaxın illərdə gözləmək lazım deyil. Təqdim olunmuş proqnoza əsasən 2028-ci ilə kimi genişzolaqlaı internet sürətinin artımı 82% aşağı düşəcək.

    Analitiklərin fikirlərinə əsasən yaxın 10 il ərzində istifadəçilərin çox hissəsi üçün saniyədə 100-300 Mbit internet sürəti kifayət edəcək. Onlar düşünürlər ki, provayderlər daha yüksək sürət göstəricilərini təqdim etməyə davam edəcəklər. Lakin yaxın zamanda bu sahəyə külli miqdarda investisiyaların yatırılmasını gözləmək lazım deyil. Bunun yerinə şirkətlər öz diqqətlərini internet bağlantısında olan gecikmələrin azalmasına və stabil internet bağlantısının təmin olunmasına yönəldəcəklər.


    Təqdim olunmuş yeni hesabatın müəlliflərinin sözlərinə əsasən indiyənə kimi genişzolaqlı internet sürətinin artımı bir sıra faktorlarla əlaqəli olub. Onlardan biri də streaming servislərin məşhurlaşmasıdır. Lakin mövcud olan internet sürətləri istifadəçilərin çox hissəsinin tələblərini yerinə yetirirlər. Analitiklər düşünürlər ki, 8K video, artırılmış və virtual reallıq, oyunların streaming servisləri və IoT (Internet of Things) kimi sahələr hələ ki, böyük kütləyə sahib deyillər və buna görə də onlar yaxın zamanda internet sürətinin artımı üçün yeni investisiyaların səbəbi olmayacaqlar.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Hidrogen elementlər əsasında çalışan Toyota Mirai bir dəfəyə rekord göstəricidə ..

Toyota Mirai artıq birinci dəfə deyil ki, hidrogen elementlər vasitəsilə çalışan mühərrikinin hesabı..


HTC şirkəti Vive Flow adlı yeni avtonom VR cihazı təqdim edib - QİYMƏTİ

HTC şirkəti Vive Flow adlı yeni avtonom VR (virtual reallıq) cihazı təqdim edib.


Apple bədən temperaturunu ölçə biləcək yeni nəsil AirPods üzərində çalışır..

The Wall Street Journal-ın verdiyi məlumata əsasən Apple şirkəti yeni model naqilsiz qulaqlıqlar üzə..


İnsayderlər: Apple özünün Nintendo Switch analoqu üzərində çalışır

İnsayderlərin verdikləri məlumata əsasən Apple şirkəti oyun sənayesinə daxil olmağa hazırlaşır...


Blue Origin şirkəti yeni kosmik turistlərin iştirakı ilə növbəti uçuş missiyasın..

Jeff Bezos-un Blue Origin şirkəti New Shepard adlı suborbital kosmik gəmisinin 5-ci uğurlu uçuş miss..


Steve Wozniak-ın Privateer Space adlı kosmik şirkətinin nə ilə məşğul olacağı mə..

Apple şirkətinin yaradıcılarından biri olan Steve Wozniak sentyabr ayında Privateer Space adlı kosmi..

×