Android 11 və MIUI 12-ni əldə edəcək Xiaomi smartfonlarının siyahısı ortaya çıxdı

Android 11 və MIUI 12-ni əldə edəcək Xiaomi smartfonlarının siyahısı ortaya çıxdı

Texnologiya
13.03.2020 PAYLAŞIM

    Yeni Android 11 əməliyyat sstemi artıq tərtibatçılar üçün aktivdir. MIUI 12 istifadəçi interfeysinin isə may ayında təqdim olunacağı gözlənilir. Lakin Xiaomi Android 11 ilə MIUI 12-ni əldə edəcək smartfon modellərinin siyahısını hələ təqdim etməyib. Şirkətin yerinə həmin məlumatı insayderlər veriblər. Belə ki, onlar Android 11 ilə MIUI 12-ni əldə edəcək Xiaomi smartfonlarının siyahısını təqdim ediblər. Bu barədə Gizchina saytı xəbər verib.

    Qeyd etmək lazımdır ki, MIUI istifadəçi interfeysinin inkişafı heç də həmişə əməliyyat sisteminə bağlı olmur. Məsələn MIUI 11 istifadəçi interfeysinin bəzi funksiyalarını Android 9 və hətta Android 7 əməliyyat sistemləri ilə çalışan smartfonlar da əldə etmişdilər. Çindən olan bir sıra mənbələrin verdikləri məlumatlara əsasən Xiaomi-nin bir çox smartfonu eyni anda Android 11-i və MIUI 12-ni əldə edəcək. Lakin smartfonlardan bəziləri Android 11 və MIUI 12 yenilənməsini ayrı-ayrı paketlər şəklində əldə edəcəklər. Məlumata əsasən MIUI 12-ni əldə edəcək smartfonlar aşağıdakı kimi olacaq:


    Poco: Pocophone F1, Poco X2 və Poco X2 Pro

    Xiaomi: Mi 10, Mi 10 Pro, Mi 8, Mi 9, Mi 9 Lite, Mi 9 SE, Mi 9T, Mi 9T Pro, Mi Max 3, Mi Mix, Mi Mix 2, Mi Mix 2S, Mi Mix 3, Mi Note 3, Mi Note 10 və Mi Note 10 Pro

    Redmi: Redmi 6, Redmi 6A, Redmi 7, Redmi 7A, Redmi 8, Redmi Note 5, Redmi Note 6 Pro, Redmi Note 7, Redmi Note 7 Pro, Redmi Note 8, Redmi Note 8 Pro, Redmi Note 8T, Redmi Note 9 Pro, Redmi Note 9 Pro Max və Redmi S2.

    Android 11 əməliyyat sistemini əldə edəcək smartfonların siyahısı ilə aşağıdan tanış ola bilərsiniz:

    Poco: Pocophone F1, Poco X2 və Poco X2 Pro

    Xiaomi: Mi 10, Mi 10 Pro, Mi 8, Mi 9, Mi 9 Lite, Mi 9 SE, Mi 9T, Mi 9T Pro, Mi Mix 2, Mi Mix 2S, Mi Mix 3, Mi Note 10, Mi Note 10 Pro

    Redmi: Redmi Note 8, Redmi Note 8 Pro, Redmi Note 8T, Redmi Note 9 Pro, Redmi Note 9 Pro Max.

    Qeyd etmək lazımdır ki, bu, rəsmi şəkildə təsdiq edilmiş siyahı deyil və keçən ilki Android ilə MIUI versiyalarının yayılması xəritəsi üzrə tərtib olunub. Smartfonların dəqiq siyahısı çox güman ki, yeni Adroid 11-in istifadəyə verilməsi ilə təqdim olunacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Huawei FreeBuds 5-in real fotosu ortaya çıxıb

23 mart tarixində Huawei şirkətinin növbəti təqdimat tədbiri keçiriləcək.


Elon Musk Starship-in ilk orbital uçuşunu anons edib

SpaceX şirkətinin CEO-su Elon Musk planetlərarası Starship kosmik raketinin ilk orbital uçuşunu anon..


Samsung Exynos 2300 prosessoru barəsində yeni məlumatlar verilib

Bir neçə müddət bundan öncə insayderlər Samsung şirkətinin Exynos 2300 adlı yeni flaqman prosessoru ..


Qualcomm subflaqman və orta büdcəli smartfonlar üçün Snapdragon 7+ Gen 2 prosess..

Qualcomm şirkəti Snapdragon 7 seriyasının yeni prosessorunu təqdim edib. Söhbət, Snapdragon 7+ Gen 2..


Volkswagen 25 000 avroya satılacaq elektromobilini təqdim edib

Volkswagen şirkəti ID. 2all adlı elektromobil konseptini sərgiləyib.


Google Glass Enterprise Edition adlı AR eynəyinin satışlarını dayandırıb

Google şirkəti Glass Enterprise Edition 2 adlı AR eynəyinin satışlarını dayandırdığını elan edib...

×