main-post-cover

    Apple 16 düym ekrana sahib yeni MacBook Pro üzərində çalışır

    Elm & Texnologiya
    24.06.2019
    Farid Pardashunas
        IHS Markit aadlı tədqiqat şirkətinin analitiki Jeff Lin-in sözlərinə əsasən Apple şirkəti hal hazırda yeni MacBook Pro modeli üzərində çalışır. Bu barədə Macrumors saytına istinadən Gagadget saytı xəbər verib. Məlumata əsasən yeni MacBook Pro modeli LG şirkətinin istehsalı olan 16 düym ölçülü LCD ekranla təchiz olunacaq. Həmin ekran 3072x1920 piksel keyfiyyətində olacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, hal hazırda aktual olan 15 düym ekranlı MacBook Pro modeli 2880x1800 piksel keyfiyyətli ekran ilə təchiz olunur.

        Qeyd etmək lazımdır ki, bu, yeni MacBook Pro modeli barəsində ortaya çıxan ilk məlumat deyil. Belə ki, hələ bu ilin fevral ayında digər məşhur insayder olan Ming-Chi Kuo bildirmişdi ki, Apple şirkəti bu il tamamilə yeni dizayna və prosessora sahib 16 düym ekranlı noutbuk modelini satışa çıxardacaq. Yeni MacBook Pro modeli barəsində digər bir məlumat yoxdur. Əgər məlumata inansaq Apple şirkəti yeni MacBook Pro-nu 19 sentyabr tarixində təqdim edəcək. Məhz həmin vaxtda şirkət bu il 3 yeni iPhone modelini də təqdim etməlidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər