Reklam
Apple iCloud-dakı fotoların skan olunması funksiyasına görə tənqid olunub

Apple iCloud-dakı fotoların skan olunması funksiyasına görə tənqid olunub

Texnologiya
10.08.2021 PAYLAŞIM

    Bir neçə gün bundan öncə Apple şirkəti istifadəçilərin iCloud hesablarındakı fotoların skan olunması funksiyasını istifadəyə verəcəyini elan etmişdi. Lakin iPhone istifadəçiləri və bir sıra təşkilatlar bu funksiyanın istifadəyə verilməsinə qarşı çıxıblar. Onlar öz iCloud hesablarındakı fotoların konfidensiallıqlarından narahatdırlar. Buna görə də konfidensiallıq məsələləri ilə bağlı aktivistlər şirkət rəhbərliyinə bu məsələ ilə bağlı məktub göndəriblər. Bu məktuba artıq 6600-dən çox istifadəçi və 10-larla təşkilat imza atıb. Onlar Apple şirkətindən bu funksiyanın hazırlanmasının dayandırılmasını və onun Apple ekosisteminə inteqrasya edilməsi planlarının ləğv edilməsini tələb edirlər.

    “Uşaqların qorunması yolunda Apple şirkətinin təqdim etdiyi texnologiya növü genişlənən infrastrukturdan asılıdır. Onun aktual olan vəziyyətində onu idarə etmək və ya texniki səviyyədə məhdudlaşdırmaq mümkün deyil. Mütəxəssislər dəfələrlə qeyd ediblər ki, problem təkcə konfidensiallıqda deyil. Bu məsələdə problem həmçinin bu funksiyanın yanlış olaraq işə düşməsində və fotoların skan olunması zamanı mümkün ola biləcək səhvlərdədir” - deyə məktubda qeyd edilib. Son günlərdə aktiv müzakirəyə çıxarılan bu mövzuya məşhur Edward Snowden də fikir bildirib. O bildirib ki, Apple şirkətinin bütün dünya üzrə insanları bu cür iri miqyasda izləmə üsulunu reallaşdırmaq planı onu narahat edir.


    Onun fikirlərinə əsasən gələcəkdə şirkət istənilən kontenti skan edə biləcək. Rəqəmsal hüquqların qorunması üzrə beynəlxalq qeyri-kommersiya təşkilatı (EFF) da istifadəçilərin fotolarının və ya mesajlarının skan olunması fikrinə qarşı çıxıb. Whatsapp təmsilçiləri bildiriblər ki, bu cür funksiya heç zaman messencerdə reallaşdırılmayacaq. Belə ki, bu funksiya konfidensiallıq məsələlərinə toxunur. Apple isə öz növbəsində skan funksiyasını ləğv etmək niyyətində deyil. Şirkət bildirib ki, istifadəçilər və təşkilatlar bu funksiyanın necə çalışdığını tam anlaya bilməyiblər. Apple təmsilçiləri əlavə ediblər ki, bu yeni funksiya iPhone istifadəçilərinin konfidensiallıqlarına heç bir halda zərər vermir. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Samsung Galaxy Watch 5 smart saatları və naqilsiz Buds 2 Pro qulaqlıqları təqdim..

Samsung şirkəti qatlana bilən yeni smartfonları (Galaxy Z Fold 4 və Galaxy Z Flip 4) ilə yanaşı həmç..


Qatlana bilən smartfon, naqilsiz qulaqlıqlar və planşet: Xiaomi 11 avqustda təqd..

Xiaomi şirkəti 3 yeni məhsulunun tizer materiallarını təqdim edib.


Məşhur analitik Apple şirkətinin qarışıq reallıq cihazı haqqında yeni məlumatlar..

Analitikin sözlərinə əsasən şirkət il ərzində 1.5 milyon ədəd qarışıq reallıq cihazını satışa çıxart..


Apple M2 və M2 Pro prosessorlu Mac mini üzərində çalışır

Bloomberg saytının jurnalisti Mark Gurman Apple şirkətinin yeni Mac mini kompüteri barəsində məlumat..


Nothing şirkəti yeni məhsullarına işarə edən video təqdim edib (VİDEO)

Nothing şirkəti öz Youtube kanalında “What’s after Phone (1)?” adlı video təqdim edib.


Tesla Optimus robotunun əllərinin əks olunduğu tizer foto təqdim edilib

Tesla AI Day Part 2 tədbirinin keçirilməsinə az müddət qalmış şirkət insana bənzər Tesla Optimus adl..

×