
Apple-ın növbəti böyük layihəsi iPad-ə qoşulan robot qolu ola bilər!
Elm & Texnologiya
15.08.2024
Aslan
Bloomberg-dən Mark Gurman-ın məlumatına görə, Apple, yuxarı və aşağı hərəkət edən, 360 dərəcə fırlana bilən və iPad tipli ekrana malik robot qolu üzərində işləyir. Bəs bu cihaz, hansı funksiyaları yerinə yetirəcək?
Gurman bildirir ki, bu stolüstü qurğu insanlara öz ağıllı evlərini idarə etmək, videokonfranslarda iştirak etmək, ev təhlükəsizliyinə nəzarət etmək və bir çox başqa funksiyalara sahib olmaq imkanı verəcək. Gurman, bundan əvvəl bir neçə dəfə Apple-ın ev robotları üzərində işlədiyini də bildirmişdi. İndi isə Gurman, layihənin Apple-ın texnologiya üzrə vitse-prezidenti Kevin Lynch-in rəhbərliyi altında irəlilədiyini deyir. Bundan əlavə, o, yeni cihazın 2026 və ya 2027-ci ildə buraxıla biləcəyini və qiymətinin 1000 dollar ola biləcəyini bildirir.

Məlumata görə, cihaz, Siri və ya Apple Intelligence-dən "mənə bax" kimi əmrlərə cavab verə və video zəng zamanı ekranı istifadəçiyə çevirə bilər. Bloomberg-in məlumatına görə, Apple, hazırda iPadOS-un fərdiləşdirilmiş versiyası ilə işləyən modelləri sınaqdan keçirir. Beləliklə, Apple, bu ilin əvvəlində şayiələr yayılan avtomobil layihəsinin ləğvindən və Vision Pro-nun satışa çıxarılmasından sonra ilk böyük layihəsi ilə çıxış edir. Əvvəllər Samsung, evdə köməkçi kimi xidmət edən Ballie adlı süni intellektə dəstəklənən robotu elan etmişdi. Amazon-da da Astro adlı oxşar robot var.
Paylaş
Ən çox oxunanlar

Huawei Watch 5 ağıllı saatı təqdim olunub - QİYMƏTİ
