
Apple məşhur musiqi servisini ala bilər
Elm & Texnologiya
07.05.2017
Farid
Apple şirkəti Jay Z-ə məxsus Tidal adlı musiqi axını
servisinin alınması barəsində musiqiçi ilə danışıqlara başlayıb. Məlumata əsasən
şirkət ilk öncə musiqi axınlarına eksklüziv hüquqların əldə olunmasında
maraqlıdır. Jay Z-dən əlavə olaraq Tidal-da Kanye Wets, Beyonce, Chris Martin və
Jack White kimi musiqiçilər pay sahibləridir. Məsələn Tidal son ayların ən məşhur
musiqi albomlarını (Beyonce-un "Lemonade”, Kanye West-in "The Life of Pablo”)
özündə birləşdirir. Kanye West-in qeyd olunmuş yeni albomunu yalnız Tidal üzərindən
yükləmək mümkün idi. Beləliklə servisdə yeni istifadəçilərin qeydiyyat səviyyəsi
və IOS platforması üçün servis tətbiqinin yüklənmə sayı artmışdır. Bundan əlavə
olaraq Tidal yeganə servisdir ki, bir neçə müddət bundan qabaq vəfat etmiş məşhur
müğənni Prince-in bütün musiqi kataloquna sahibdir. Məlumata əsasən Prince
musiqi axını servislərindən uzaq dururdu. Lakin Jay Z ilə o yaxından dostluq
etdiyi üçün onun musiqiləri Tidal-da öz yerini tapmışdır. Qeyd etmək lazımdır
ki, Apple-dan başqa Tidal-ı digər şirkətlər də almaq istəyir. Bu şirkətlərə
misal olaraq Google, Samsung və Spotify-ni gətirmək olar. Jay Z 1 il bundan öncə
Tidal-ı Aspiro adlı şirkətdən 56 milyon dollara almışdır. Böyük olmayan pay
hissələri ilə Jay Z digər musiqiçilərlə də bölüşmüşdü. Tidal-ın ödənişli
istifadəçilər bazası 4 milyon insana yaxındır. Apple-ın Tidal üçün hansı məbləği
təklif etdiyi məlum deyil. Şirkətin özündə isə bu məsələ tamamilə inkar edilir.
Paylaş
Bənzər xəbərlər